İsveçin Teknikens Värld portalı yeni nəsil Toyota RAV4 krossoverinin «sığır testini» yenidən həyata keçirib. Bu dəfə isveçlilər, birinci uğursuz sınaqdan sonra istehsalçının hazırladığı yenilənmiş elektron sabitləşdirmə sistemi (VSC) olan krossoveri avtomobili sınaqdan keçiriblər.

Keçən ilin payızında Teknikens Värld dərc etdiyi məqalə geniş rezonans doğurub. İsveçli jurnalistlər yeni Toyota RAV4 modelinin hibrid qurğusu ilə təchiz edilmiş modifikasiyasını almaqdan çəkinməyə birbaşa tövsiyə etmişdilər. Səbəb isə, krossoverin «sığır testinin» öhdəsindən gəlməməsi olmuşdu. Testlər göstərdi ki, qəfil manevrlər zamanı RAV4 modelinin elektron sabitləşdirmə sistemi çox gec işə düşür - 68 km/saatın üzərindəki sürətlərdə krossover idarəolunmaz hala gəlir, xarici təkərlərə qalxır və ya yan tərəfə sürüşdü.

Toyota şirkətindən krossoverin bütün daxili tələblərə cavab verdiyini və «sığır testini» uğurla keçdiyini bildiriblər. Bununla belə, istehsalçı müştərilərə yeni parametrləri olan opsional elektron sabitləşmə sistemini təklif edir. Belə Toyota RAV4 modelində sistem standart və ya bir az əvvəl işə düşür. Sonuncu seçim isə, məsələn, «sığır testi» kimi ekstremal vəziyyətlər üçün  tənzimlənib.

Bu modelin 2020-ci ilin ortalarına qədər satışa çıxacağı bildirilsə də, Isveçli jurnalistlər yenilənmiş elektrin sabitləşmə sistemi olan krossoveri yanvar ayında sınaqdan çıxarıblar. Sınaqlar nəticəsində yenilənmənin Toyota RAV4 modelinin xeyrinə olub: indi avtomobil hətta 72 km/saat sürətində də sabitliyini qoruyub.

Mənbə: Teknikens Värld