Skoda şirkətinin texniki peşə məktəbinin tələbələri tərəfindən hazırlanmış altıncı konsept təqdim edilib. Skoda Mountiaq adını almış konsept Kodiaq krossoverinin əsasında yaradılıb. Krossoverin kuzovu dəyişdirilib, klirensi artırılıb, yük platforması isə işıqlandırma ilə təchiz edilibdir.

Pikapın üzərində müxtəlif ixtisaslardan olan 35 tələbə işləyib. Ümumilikdə pikapın yığılmasına səkkiz ay sərf edilib. Krossoverin pikapa çevrilməsinə kuzovun möhkəmləndirilməsindən, damın çıxarılmasından və yeni arxa kabina panelinin hazırlanmasından başlanıb.

Mountiaq modelinin yük platformasını döşəmənin altında gizlədilmiş əlavə bölmələrlə və qapı ilə təchiz ediblər. Bundan başqa, tələbələr kabina qapılarını qısaldıb, bamper və kandarları isə yenidən işləyiblər. Pikapın klirensi adi krossoverə nisbətən 100 millimetr artaraq 290 millimetrə bərabər olub.

Bundan başqa, 17-düymlük Rockstar II təkər diskləri sayəsində avtomobilin təkər izi 30 millimetr artıb. Konsept 190 at qüvvəsinə malik olan 2,0-litrlik benzin mühərriki ilə hərəkətə gəlir. Pikapın təchizatına şnorkel, bucurqardı olan kenqurin, damdakı əlavə işıqlandırma bloku, yük platformasının və mühərrik bölümünün işıqlandırılması daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin salonunda başlıqlarına modelin loqotipləri həkk edilmiş idman oturacaqlarını və tavanın Skoda loqotipi şəklindəki işıqlandırmasını görmək olar. Nəhayət, pikap səs sistemi 2000 vatlıq gücləndiriciyə və sabvuferə sahib olub.