ABŞ-ın Kaliforniya ştatında yerləşən Frimont şəhərinin polis departamenti Tesla Model S elektrokarını polis xidmətinə cəlb edib. Telsa şirkətinin əsas zavodunun yerləşdiyi şəhərin polis departamenti elektrokarın istismarının maliyyə baxımından daha sərfəli olacağını düşünür.

Fikirləşməyiin ki, Tesla bu proqramı dəstəkləyərək polis departamenti üçün avtomobil ayırıb. Əsla! Polis idarəsi Model S elektrokarını vergiödəyicilərinin pulu hesabına alıb. Üstəlik, avtomobil yeni deyil və onu ikinci əl bazarından satın alıblar. 2014-cü ilin istehsalı olan elektrokarı almaq üçün 61,5 min dollar ödənilib. 

Əlavə 4,5 min dollar isə onun gərək olan polis avadanlığı ilə təchizatına xərclənib. Bu avadanlığa polis «çilçırağı», taran bamperləri və ballistik müdafiə daxildir. Ümumilikdə yeni patrul avtomobilinə 65 min dollar xərclənib. Bu xüsusi olaraq polis xidməti üçün hazırlanmış Ford Explorer modelindən 25 min bahadır. Lakin, polis departamentində beşillik xidmət dövründə elektrokarın 32 min dollar yanacaqda və 15 min dollar servis xərclərində qənaəti təmin edəcəyindən əmindirlər.

Tesla avtomobilinin enerji təminatı isə, polis departamentin günəş batareyalarından əldə etdiyi elektrik enerjisi hesabına həyata keçiriləcəkdir. Bununla belə, polis departamenti naməlum bir yola daxil olduqlarını etiraf edirlər. Onlar pilot lahiyəsinin bir çox sualları cavablandıracağından əmindirlər: bunlar, elektromobilin polis xidmətinə yaralılığı, onun etibarlılıq, çəkilən xərclər və patrul avtomobilin istismarı zamanı yaranacaq digər məsələlərdir.