Bir neçə gün bundan öncə başlanğıc qiyməti 39900 min avro olan Polestar 2 liftbeki təqdim edilib. İsveçlilərin bu gedişinə Tesla şirkətinin cavabı gecikməyib. Bu gün amerikan istehsalçısı Model 3 sedanının baza variantına sifarişləri qəbul etdiyi açıqlayıb. Baza modeli ABŞ-da 35000 dollara satılacaqdır. Tesla marketoloqları isə, yanacağa qənaəti nəzərə alaraq sedanın “effektiv” qiymətinin 26950 dollar olduğunu iddia edirlər.

Söhbət elektrokarın Standart Range versiyasından gedir ki, bu modifikasiya da 50 kilovat-saatlıq batareya və arxa çəkiş ilə təchiz edilir. Batareyanın enerji ehtiyatı 354 kilometrlik yürüyüşə kifayət edir. Qalmaqaldan sonra Tesla avtomobillərinin gücünü söyləməkdən imtina edib, lakin elektrokarın dinamik göstəriciləri pis deyil: sedan 60 mil/saat (96 km/saat) həddini 5,6 saniyəyə toplayır və 209 km/saat maksimal sürət həddinə malikdir.

Standard Range

Lakin, kiçik həcmli batareya Model 3 sedanının baza variantının yeganə fərqli cəhəti deyil – sedan  həmçinin baza interyerini də təklif edir. Bu isə, dekorativ işləmələrdən və xromdan imtina deməkdir. Dəri oturacaqların əvəzinə parça oturacaqlar, smartfonların doldurulması meydançası olan tam mərkəzi tonnelin əvəzinə isə, iri bütöv boş qutu quraşdırılıb. Səs sisteminin dinamiklərinin sayı azaldılmış, oturacaqların elektriklə tənzimlənməsi yoxa çıxmış, mediasistemdə isə internet-brauzer və axın audiosu kilindlənmişdir. Buna baxmayaraq, naviqator və “hava” ilə yenilənmə funksiyası qalır. Kuzovun standart rəngi qaradır. Başqa rəngi sifariş etmək üçün 1500-2500 dollar ödəmək gərəkdir.

Standard Range Plus

Standart versiya ilə yanaşı 37000 dollara satılacaq Standard Range Plus modifikaisyası da təklif olunur. Bu versiya daha “zəngin” interyerə və 386 kilometrlik yürüş ehtiyatına malikdir. Dinamik xarakteristikalara gəldikdə isə, “Plyus” versiyası 60 mil/saat həddini 5,3 saniyəyə toplayır və 225 km/saat maksimal sürət həddinə sürətlənir. Çox güman ki, elektrokarın ən populyar versiya da elə Standart Range Plus olacaqdır.