Tesla şirkəti Model S və Model X elektrokarlarını yeniləyib. Elektrik liftbeki və krossoveri yürüş ehtiyatını artıran təkmilləşdirilmiş güc qurğusuna, yaxşılaşdırılmış pnevmoasqıya və 200-kilovatlıq yükləməni dəstəkləmə funksiyasına sahib olub.

Tesla şirkəti rəsmi məlumatında Model S və X elektrokarlarının əvvəlkindən 93% daha effektiv işləyən son nəsil güc qurğusuna sahib olduğunu bildirib.  Daimi maqnitli sinxron elektrik mühərrikləri, silisium karbidindən olan güc elektronikası, podşipnik və reduktorlar, yağlama və soyutma sistemi də yenilənib. Şirkət yürüş ehtiyatının 10% artdığını, həmçinin gücün artdığını və sürətlənmə vaxtının yaxşılaşdığını qeyd edib.

Yeni güc qurğusu ilə təchiz edilmiş avtomobillər V3 Superchargers terminalına qoşulma zamanı 200 kilovatlıq elektrik yükləməni, V2 Superchargers terminalına birləşmə zamanı isə 145 kilovatlıq yükləməni dəstəkləyəcəkdir. Bu yükləmə prossesini 50% yeyin etməlidir. Bundan başqa, adaptiv pnevmoasqı da yenilənmədən nəsibini alıb. Asqı kreyser sürəti ilə hərəkət zamanı və avtopilot rejimində daha komfortlu, dinamik hərəkət zamanı isə daha «yığcam» olub. Əlavə olaraq, avtomobil daha aşağı «oturaraq» aerodinamikini yaxşılaşdırır. Pnevmoasqının iş alqoritmi hər proqram yenilənməsi zamanı daha da yaxşılaşdırılacaqdır.

Bundan başqa, Tesla təkər topu podşipniklərini yeniləmiş və şinlərin bir neçə yeni variantını təqdim edib. Model xəttinə daha əlçatan Standard Range variantı qaytarılmış, yeni Tesla modellərinin Performance modifikasiyaları üçün Ludicrous Mode opsiyasını  pulsuz quraşdıracaqdır. Əvvəllər bu opsiya 20 min dollara qiymətləndirilirdi.