Tailandın baş naziri bazar ertəsi rəsmi açıqlama verərək bildirib ki, ölkənin bayraqdar aviaşirkəti iflas məhkəməsində yenidən formalaşdırılacaq. Thai-nin vəziyyəti Dövlət Təşəbbüs Komitəsində dəyərləndirilib və bu qərar verilib. Xidmətinin keyfiyyəti və rəngarəngliyi ilə seçilən şirkətin 51%-i ölkənin Maliyyə Nazirliyinə aiddir.

Tailand hökuməti dünən beynəlxalq uçuşlara olan qadağanı daha 1 ay - iyunun 30-a qədər uzadıb. Şirkətdən də uçuşların həmin tarixə qədər icra edilməyəcəyi açıqlanıb. Qeyd edək ki, Thai Airways 1960-cı ildə qurulub. Hamısı genişgövdəli olmaqla, 80 təyyarəyə sahib şirkət uzaq məsafələrə çox sərnişin daşıma strategiyasını uğurla yerinə yetirirdi. Parkında olan təyyarə tipləri bunlardır: Airbus A330-300, A350-900, A380, Boeing 747-400, 777-200, 777-200ER, 777-300, 777-300ER, 787-8 və 787-9