Yaponiyada Toyota Motor konsernin avtomobillərə abunə və hətta tüninq xidmətləri göstərən törəmə müəssisəsi Kinto şirkəti tərəfindən həyata keçirilən klassik Toyota avtomobillərinin icarəsi xidməti peyda olub. Yeni xidmət Kinto Vintage Club adlanır.

Yaponlara keçən əsrin 70, 80 və 90-cı illərində istehsal edilmiş Toyota avtomobilləri təklif olunur. Hələlik avtomobil parkı kifayət qədər kiçikdir, lakin yaxın gələcəkdə mövcud olan avtomobillərə daha çox oldtaymerin qoşulacağı gözlənilir.

Kinto Vintage Club internet saytının məlumatına görə, hazırda yalnız dörd avtomobil icarəyə verilir – Toyota Corolla Levin TE27 (1974-cü il), Celica 2.0 GT (1975) və Soarer 2.8 GT-Limited MZ10 (1982). Avtoparkın “ən gənc” modeli 2022-ci ildə 30 yaşı tamam olan Supra 2.5 GT Twin Turbo Aerotop JZA70 kupesidir.

Bütün avtomobillər Toyota Motor və metal emalı üzrə ixtisaslaşmış Shinmei Kogyo şirkətinin mühəndisləri tərəfindən bərpa edilib.

Image alt Image alt Image alt Image alt

Ən ucuz başa gələn "kor" Supra modelinin icarəsi olacaqdır - günlük 30.000 yen (410 manat) tələb olunur. Digər üç idman avtomobilinin icarəsi isə 24 saat ərzində 35 min yen (480 manat) müəyyən edilib. İcarənin ikinci və nğvbəti günləri üçün beş min yen (70 manat) endirim təklif olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.