Toyota şirkəti oktyabr ayının sonunda işinə başlayacaq Tokyo avtosalonunda debüt edəcək konsept avtomobilini nümayiş etdirib. Altı yerlik salona malik olan Fine-Comfort Ride prototipinin yürüş məsafəsi təxminən 1000 kilometrdir.

Konsept avtomobili təkərlərdə quraşdırılmış elektrik mühərrikləri ilə hərəkətə gəlir. Elektrik mühərrikləri, hydrogen və oksigenin kimyəvi reaksiyasından əldə edilən enerjinin toplandığı yanacaq özəklərindən qidalanır.  Toyota Fine-Comfort Ride modelinin qabarit uzunluğu 4830 millimetr, eni – 1950 millimetr, hündürlüyü isə, 1650 millimetrdir.

Prototipin təkər bazasının uzunluğu 3450 millimetrdir. Beləliklə, konsept avtomobili Toyota Alphard modelindən 85 millimetr qısa, 100 millimetr enli və 245 millimetr alçaqdır. Konseptin təkər bazası da 450 millimetr genişdir. Prototipin salonunda dörd fərqi oturacağın və arxa divanın mövcud olduğunu görmək olar. Bundan başqa, konsept  displeyi olan sükan çarxına, mərkəzi konsol boyunca olan ekrana və yan pəncərələrin də proyeksiya displeyinə malikdir.

Bununla belə, istehsalçı konseptin texniki imkanları barədə məlumatı dərc etməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt