Toyota şirkəti Corolla Cross modelinin Avropa bazarlnda satılacaq versiyasını nümayiş etdirib. Krossover yeni hibrid tam ötürməni, qabaqcıl multimedia sistemini və genişləndirilmiş köməkçilər dəstini əldə edib. 2,0-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış benzin-elektrik güc qurğusu 197 at qüvvəsi hasil edir ki, bu da, Avropada bazarı üçün nəzərdə tutulan Corolla Cross modeliin digər ölkələrdə satılan krossoverlərdən 20-75 at qüvvəsi güclü olacağına işarə edir.

Toyota Corolla Cross modeli 2020-ci ilin iyulunda Tailandda sərfəli qiymətə malik olan krossover kimi debüt edib. İlkin olaraq, Avropa üstünlük verilən bazarlar siyahısında olmasa da, yarım il keçdikdən sonra vəziyyət dəyişib və Toyota Europe filialı lokal versiyanın üzərindəki sirr pərdəsini qaldırıb. Qeyd etmək gərəkdir ki, bu versiya Corolla Cross modelləri arasında ən qabaqcıl və texnoloji cəhətdən ən üstün olanıdır.

Zahiri cəhətdən “avropalı” Corolla Cross modeli digərlərindən qeyri-adi LED fənərləri ilə seçilir, lakin onun texniki hissəsi də başqadır. Yeganə güc aqreqatı tərkibinə 2,0-litrlik atmosfer mühərriki, elektromotor, elektromexaniki variator və dartma batareyası daxil olan hibrid qurğudur. Hələlik, hibrid qurğunun ümumi gücü (187 at qüvvəsi) və avtomobilin 100 km/saata (8,1 saniyə) sürətlənmə zamanı açıqlanıb.

Digər maraqlı detal - arxa oxda quraşdırılmış 41 at qüvvəli elektrik mühərriki olan opsional tam ötürmə sistemidir. Yaponiyada arxa oxda 7,2 at qüvvəli elektromotoru olan daha sadə e-Four tam ötürməsi, ABŞ-da isə arxa oxu qoşan muftası olan mexaniki sistem quraşdırılır. Avropada satılacaq Corolla Cross da bütün sürətlər diapazonunda tamötürməli ola bilər, lakin bunun reallaşdırılması sxemi başqadır.

Avropada satılan Corolla Cross krossoverinin başqa bir üstün cəhəti qabaqcıl məlumat-əyləncə kompleksidir. Bu kompleks “hava” üzərindən yenilənməni və bulud naviqasiyasını dəstəkləyən yeni əməliyyat sisteminə malikdir. Multimedia sisteminin sensorlu ekranının ölçüsü 7-8 düymdən 10,5 düymə qədər artırılıb, virtual cihazlar paneli isə 12,3-düymlük ola bilər. Xatırladaq ki, Yaponiya və ya ABŞ-da 7,0-düymlük ekranı olan panel, Braziliyada isə ənənəvi analoq cihazlar paneli təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossover top versiyası adaptiv kruiz-kontrol, yol nişanlarının tanınması sistemi və “kor” zonalara nəzarət funksiyası, adaptiv işıqlar, dairəvi görüntü kameraları, arxaya hərəkət zamanı çarpaz trafik barədə xəbərdarlıq edən sistem və trafikdə sola döndərməyə kömək edən assistent daxildir. Toyota Corolla Cross modelinin Avropadakı satışlarına yarım ildən sonra başlanacaqdır. Qiymətlər hələlik açılanmayıblar. Bununla belə, Corolla Cross əsl qlobal modelə çevrilib - krossover artıq səkkiz ölkədə istehsal olunur!

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.