Toyota şirkəti 3 mart tarixində Cenevrə avtosalonunda təqdimatı keçiriləcək B-sinifindən olan yeni krossoverin rəsmi tizerini paylaşıb. Şəkildə nazik LED fənərlər və iri arxa bamperi olan avtomobil əks olunub.

Yeni modelin əsasını  qlobal TNGA arxitekturasının yığcam versiyası olan GA-B platforması təşkil edir. Xatırladaq ki, yeni Toyota Yaris hetçbeki də eyni platformada inşa edilib. Yariş modelinin yeni krossoverlər ilə hibrid güc qurğusu ilə bölüşəcəyi ehtimal olunur.

Hibrid güc qurğusunun tərkibinə 1,5-litrlik benzin turbomühərriki və startyor-generator daxildir. Marka təmsilçilərinin bildirdiyinə görə, model artırılmış klirensə və arxa oxda quraşdırılan elektrik mühərriki olan ağıllı AWD-i tam ötürmə sisteminə malik olacaqdır.

Ölçülərinə görə, yeni krosover Yaris modelini üstələyəcəkdir. Onun Avropa bazarındakı əsas rəqibləri Nissan Juke və Renault Captur olacaqdır. Krossoverin istehsalı, hazırda Yariş modelinin buraxıldığı Onnen (Fransa) şəhərindəki zavodda təşkil ediləcəkdir.