Gran Turismo oyunun yeni versiyası üçün 2022-ci ili gözləmək gərəkdir. Yəni, PlayStation 5 konsolu hələlik bu ulduz yarış oyununa qovuşmayıb. Lakin Polyphony Digital şirkəti mövcud olan Gran Turismo Sport oyununu mütəmadi olaraq yeniləməyə davam edir.

Bu yeniləmənin son versiyası 8 iyun 2021-ci il trixində,yəni bu gün debüt edir. Mənzil-qərərgahı Toyota kimi Yaponiyada olan Polyphony Digital şirkəti vaxt itirmədən, bu oyunda çıxış edən avtomobillərin siyahısına Toyota GR 86 sportkarını da əlavə edib. Bildiyimiz kimi, Subaru BRZ ilə qardaş olan Toyota GR 86 sportkarının təqdimatından elə də çox vaxt keçməyib.

İyul yenilənməsinin ulduzunun Toyota GR 86 olduğu aydın görünür. 2017-ci ildə satışa çıxarlmış PlayStation 4 konsolu üçün nəzərdə tutulmuş Gran Turismo Sport oyunu bu müddət ərzində bir çox yeni trekə, avtomobilə və yeni oyun növlərinə sahib olub.

Təbii ki, dünyanın tək yarış oyunu Gran Turismo seriyası deyil. İl ərzində Microsoft şirkətinin Xbox konsolu da yeni Forza Horizon 5 oyununu alacaqdır. Ayrıca bir neçə oyun konsolu üçün nəzərdə tutulmuş WRC 10 oyunu da yaxın zamanlarda nümayiş etdiriləcəkdir. 2022-ci ildə isə, GT 7 ilə yanaşı, Test Drive Unlimited Solar Crown oyunu da satışa çıxarılacaqdır.

Bu oyunlar pandemiya ilə əlaqədar olaraq evlərində oturanlar üçün yaxşı xəbərdir. Görəsən bu oyunlardan hansı daha uğurlu olacaqdır?

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.