Casuslar Yaponiyadakı Toyota zavodunda yeni Land Cruiser 300 modelinin kuzovunun, qapısının və şassisinin şəkillərini çəkməyə müvəffəq olublar. Əldə edilən şəkillərdən də göründüyü kimi, yeni ofrouder sələfindən ramalı arxitekturanı və kuzov formalarını miras olaraq alacaqdır. Toyota Land Cruiser 300 modelinin təqdimatının mart ayında baş tutacağı gözlənilir, lakin bu məlumat hələ də rəsmi təsdiqini tapmayıb.

Şəkilləri dərc etmiş Kurdistan Automotive Blog saytı Land Cruiser 200 və Land Cruiser 300 modellərinin kuzovlarındakı fərqə diqqət yetirib: yeni ofrouder yüksələn şüşə xəttinə malik olan arxa antiqanada və orijinal, daha geniş kapota sahibdir.

Qapı kartlarının dizaynı da yenidən işlənibdir: səsgücləndiricilər tutacaqlarla eyni səviyyədə yerləşdirilib, diaqonal üzrə uzanan tutacaqdan imtina edilib, qol dayağının forması dəyişdirilib.

Yeni avtomobil ramalı konstruksiyasını qoruyub: yeni Land Cruiser lonjeron ramasına əsaslanır. Mühərrik çeşidinə gəldikdə isə, səkkizsilindrli benzin və dizel mühərriklərindən imtina ediləcəyi söylənilir: əksər bazarlarda ofrouder altısilindrli benzin turbomühərriki ilə təklif ediləcəkdir. Land Cruiser 300 modelinin hibrid variantının olacağı da ehtimal edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Bu ayın əvvəlində, Rusiyada keçirilən sınaqlar zamanı, casuslar yeni Land Cruiser 300 modelinin interyerini çəkməyə müvəffəq olublar. Rusiyanın Land Cruiser modeli üçün ən vacib bazarlardan biri olması, istehsalöncəsi ofrouderin sertifikatlaşdırma üçün bu ölkəyə gətirilməsinə təəccüblü heç nə yoxdur.

Toyota, ənənəvi olaraq yeni Land Cruiser haqqında yayılan şayiələrə və görüntülərin sızmasına münasibət bildirmir. Bununla belə, insayderlər yeni ofrouderin təqdimatına bir aydan az vaxt qaldığını söyləyirlər.