İyun ayında təqdim olunan Toyota Land Cruiser 300 modeli öz vətənində ajiotajlı tələbat ilə üzləşib: bir ay ərzində, istehsalçı Yaponiyada yeni nəsil ramalı ofrouderə 22 mindən çox sifariş toplamağa müvəffəq olub. Yerli Creative311 nəşrinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq Toyota yeni ofrouderin üçüncü şəxslərə satılmasını qadağan edib. Bu qərarın iki səbəbi var: birincisi, ofrouderlər “yanlış əllərə” düşə bilər ki, bu da şirkətin imicini korlaya bilər, ikinci səbəb isə, alverçilərdən qorunmaqdır.

Nəşrin əldə etdiyi məlumata görə, Toyota Japan artıq müştərilərindən aldıqları Land Cruiser modelini satılmayacaqlarını təsdiqləyən xüsusi müqavilələrin imzalamasını tələb edir. Şirkətin satışı hansı müddətə qadağan etdiyi bilinmir, lakin vetonun bir il ərzində qüvvədə olacağı bildirilir. Müştəri müqaviləni pozarsa, istehsalçı gələcəkdə onunla iş görməkdən imtina edəcəkdir.

Belə qərarın qəbul olunmasının başlıca səbəbi "qara piar" qorxusudur: Toyota ofrouderlərin terrorçuların əlinə keçməsindən qorxur ki, bu da şirkətin imicinə mənfi təsir göstərə bilər. Bundan əvvəl, ABŞ hökuməti yapon şirkətdən, çoxlu sayda Toyota avtomobillərininin hansı yolla fəaliyyəti qadağan olunmuş təşkilatların əlinə keçdiyi barədə izahat tələb etmişdi.

Land Cruiser 300 modelinin populyarlığından defisit ucbatından qiymətləri şişirdən vicdansız satıcılar və alverçilər də istifadə edə bilərlər. Bundan əlavə, Toyota eyni vaxtda fərqli dilerlərdən bir neçə ofrouderi sifariş etmiş şəxslərə və təşkilatlara qarşı da yoxlamaları aparmağı planlaşdırır.

Bu günlərdə Toyota şirkəti Land Cruiser 300 modelinə sifarişlərin qəbulunu dayandırmaq məcburiyyətində qalıb: tələbat o qədər yüksəkdir ki, şirkət onun öhdəsindən gəlməyəcəyindən qorxur. Bu gün Yaponiyada yeni ofrouderi sifariş etmək üçün iki illik növbəyə yazılmaq gərəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.