Toyota şirkəti DG-Spec atelyesi ilə birlikdə Las-Veqasda keçirilən tüninq sərgisində C-HR krossoverinin 600 at qüvvəli R-Tuned variantını təqdim edib. Willow Springs International Raceway avtodromunda krossover McLaren 650S Spyder, Porsche 911 GT3 RS və Nissan GT-R Nismo superkarlarından yeyin olub.

Tünerlər krossoverin 2,0-litrlik mühərrikini, döymə üsulu ilə hazırlanmış porşenlər və sürgü qolları, paslanmayan poladdan hazırlanmış buraxılış klapanları, inokeldən düzəldilmiş çıxış klapanları və yarış yayları olan 2,4-litrlik aqreqatla əvəzləyiblər. Eyni zamanda, mühərrik 1,6 bar ufurmə təzyiqinə malik olan Garrett turbokompressorları ilə təchiz edilibdir. Güc aqreqatı beş pilləli mexaniki qutu ilə birlikdə çalışır.

Toyota C-HR R-Tuned krossoveri tənzimlənən asqıya, köndələn dayanıqlılıq stabilizatorlarına, ön oxda quraşdırılmış özüqapanan differensiala, yarış supportları olan Brembo əyləc mexanizmlərinə, karbonplastikdən olan aerodinamik kuzov dəstinə və kapota sahib olub. Krossoverin aerodinamik elementləri 136 kiloqram yerəbasma gücü hasil edirlər. Əyləcləmə zamanı yüklənmə 1,2g, döngələri keçən zaman köndələn sürətlənmənin həddi isə 1,7g ola bilər.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt