Son zamanlar, avtoistehsalçılar arasında mövcud olan modelləri "tündləşdirmək" dəbə çevrilib. Toyota şirkəti də dəbədn geri qalmaq istəmir və Avropada satılan RAV4 krossoverinin Black Edition adlı xüsusi veraiyasını təqdim edib.

Krossover belə versiyalar üçün xarakterik olan tərtibata malikdir: avtomobilin kuzovu, radiator barmaqlığı, bütün dekoru və 19-düymlük təkər diskləri qara rəngə boyanıb. Bununla belə, kuzovun üzərindəki emblemlər və loqotiplər xrom örtüyü qorunaraq saxlanılıb. Çox qəribə seçimdir...

Image alt Image alt Image alt Image alt

Yapon istehsalçısı krossoverin interyer şəkillərini dərc etməyib, lakin "qara" mövzunun interyerdə də davam etdiriləcəyinə söz verib - oturacaqlardan tutumuş tavan örtüyünə kimi hər bir element qara rəngə boyanacaqdır.

Avropa bazarında Toyota RAV4 Black Edition krossoveri yalnız hibrid güc qurğusu ilə təklif edəcəkdir, çünki dizel mühərrikinin olmadığı bir vaxtda, belə versiya yerli alıcılar arasında ən böyük tələbata malik olanıdır.