Versus atelyesi yeni Toyota RAV4 krossoveri üçün hazırladığı tüninq dəstini təqdim edib. Yalnız beş çıxarıla bilən elementdən ibarət olan dəst avtomobilin görünüşünü aqressivləşdirməyə imkan verib. Versus dizaynerləri avtomobilin konstruksiyasına müdaxilə etmədən modelin görünüşünü dəyişdirməyə müvəffəq oldular - mütəxəssislər qanadlara örtükləri və dama isə baqajı əlavə ediblər, yeni təkər diskləri, əyləc supportları və LED faralar quraşdırıblar.

 “Dişli” şinlər, xüsusi  Rays Triana Stratagia təkər diskləri, təkər tağlarının qara tutqun rəngli genişləndiriciləri və damdakı “ekspedisiya” baqajı krossoverə brutal görkəm bəxş edir Qeyri-standart kuzovn dəstini radiator barmaqlığını alt hissəsində quraşdırılmış düzbucaqlı LED zolaqlar və seçilən sarı əyləc supportları tamamlayır.

Image alt Image alt Image alt Image alt Image alt

Versus atelyesi 18, 19 və ya 20 düym ölçülü ikirəngli qara-gümüş təkər disklərini təklif edir. 18-düymlük baza disklərinin qiyməti 39 min yen, 19-düymlük variantın - 64 min yen, 20-düymlük disklərin isə 77 min yen təşkil edir. Tüninq dəstinin digər elementlərinin qiymətləri açıqlanmır, lakin tətbiq edilmiş materialları nəzərə alaraq detalların çox bahalı olmayacağını söyləmək olar.

Toyota RAV4-də texniki cəhətdən dəyişdirilməsi barədə məlumat verilmir. Çox güman ki,krossover 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış 222 at qüvvəli  hibrid güc qurğusunu və E-Four elektrik tam ötürmə sistemini qoruyub saxlayıb. Əyləc supportlarının dəyişdirilməsi isə, krossoverin əyləclərinin effektivliyinin artırılmasından xəbər verir.