Toyota şirkətinin Avstraliya ofisi beşinci nəsil RAV4 krossoverinin yaxın zamanlarda yenilənəcəyini bildirib. 2018-ci ildən bəri istehsal olunan model cüzi dəyişikliklərə məruz qalacaqdır: krossover modernləşdirilmiş LED işıq texnikasına, habelə yeni dizaynlı təkər disklərinə sahib olacaqdır.

Bununla belə, istehsalçının mətbuat xidməti yenilənmiş avtomobilin tək bir görüntüsünü belə dərc etməyib. Yenilənmiş Toyota RAV4 krossoverlərinin 2022-ci ilin əvvəlində Avstraliyada satışa çıxarılacağı gözlənilir.

Toyota RAV4 Edge

Toyota şirkətinin Avstraliya ofisi beşinci nəsil RAV4 krossoverinin yaxın zamanlarda yenilənəcəyini bildirib. 2018-ci ildən bəri istehsal olunan model cüzi dəyişikliklərə məruz qalacaqdır: krossover modernləşdirilmiş LED işıq texnikasına, habelə yeni dizaynlı təkər disklərinə sahib olacaqdır. Bununla belə, istehsalçının mətbuat xidməti yenilənmiş avtomobilin tək bir görüntüsünü belə dərc etməyib. Yenilənmiş Toyota RAV4 krossoverlərinin 2022-ci ilin əvvəlində Avstraliyada satışa çıxarılacağı gözlənilir.

Yeniliklər RAV4 modelinin həm benzin, həm də hibrid versiyalarında tətbiq ediləcəkdirlər. Avstraliyada təklif olunan Cruiser versiyası isə elektrik ötürməsi ilə səkkiz istiqamətdə tənzimlənən və üç mərhələli havalandırmaya malik olan ön oturacaqları əldə edəcəkdir. Əlavə olaraq, benzin versiyası üçün yeni təkər diskləri və Start/Stop sistemi təklif ediləcəkdir. Başlanğıc səviyyəli təchizata malik olan avtomobillər rəqəmsal salon güzgüsünü və qapı düymələrinin işıqlandırmasını alacaqlar.

Toyota RAV4 Cruiser

Avstraliya bazarında ön tərəfin dizaynı ilə fərqlənən RAV4 Edge xüsusi versiyası da mövcuddur. Yeniləmə zamanı belə krossover, avtomatik əyləcləmə funksiyası olan, geriyə hərəkət zamanı maneə aşkarlama sistemini əldə edəcəkdir.

Avstraliyada yapon krossoverinə böyük tələbat var: may ayında modelin satışları 71,2% artaraq 4014 ədədə çatıb.Toyota RAV4 modeli yerli bazarda ən yaxşı satılan avtomobillər üçlüyə daxildir və yalnız Toyota Hilux (4402 ədəd) və Ford Ranger (4254 ədəd) modellərindən geri qalır.

Toyota RAV4 Cruiser

Yenilənmiş Toyota RAV4 modelinin istehsalına 2021-ci ilin dekabrında başlanmalıdır. Avropa bazarında, müvafiq olaraq bizim bazarda satılan RAV4 modelinin yeniləcəyi barədə heç bir məlumat verilməyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.