Toyota şirkəti 3,4 milyon avtomobili əhatə edən qlobal geriçağırma kampasiyana başlayır. Bu avtomobillərdən 2,9 milyonu ABŞ-da satılmış avtomobillərdir. Avtomobil istehsalçısının açıqlamasında, qəza zamanı elektron nasazlıq ucbatından hava yastıqlarının açılmaması ehtimalının olduğu bildirilir.

İstehsalçı, 2011-2019-cu illər arasında buraxılmış Corolla, 2011-2013-cü illər arasında istehsal edilmiş Matrix modellərində, həmçinin 2012-2018-ci illər arasında buraxılmış Avalon və onun hibrid modifikasiyasında müxtəlif müdaxilələrdən kifayət qədər müdafiə olunmamış elektron idarəetmə qurğusunun quraşdırıldığını qeyd edir. Bu, qəza zamanı hava yastığının açılmamasına səbəb ola bilər.

Bu ilin mart ayında Toyota şirkəti ABŞ-da daha bir geniş miqyaslı avtomobillərin geri çağırılmasını həyata keçirəcəkdir. Bu kampaniya çərçivəsində 696 min Toyota 4Runner, Camry, Highlander, Land Cruiser, Sequoia, Sienna, Tacoma, Avalon və Corolla, həmçinin Lexus LS 500, LC 500, RC, GS, IS, ES, LX, GX, RX və NX modelləri təmir ediləcəkdirlər. 2018 və 2019-cu illərdə istehsal olunan avtomobillərdə yanacaq nasosunun sıradan çıxma ehtimalının ortaya çıxıb. Bu hal mühərrikin anidən dayanmasına və qəza vəziyyətinin yaranmasına səbəb ola bilər.