Toyota şirkətinin Şimali Amerika ofisi Instagram sosial şəbəkəsində Corolla modelinin “bərkgedən” versiyasının şəklini dərc edib. Bu, “bərkgedən” hetçbekin yaxın zamanlarda ABŞ-da debüt edəcəyinə işarədir. Ön planda standart hetçbek durur, lakin tizerin əsas qəhrəmanı kamuflyaja bürünmüş şəkildə soldakı konteynerlərin kölkəsində gizlənir. Şəkil “Step out from the shadows into spotlight” (“Kölgədən işığa çıx”) yazısı ilə müşayət olunur. Çox güman ki, söhbət Toyota GR Corolla modelindən gedir.

Əvvəlki tizerdə olduğu kimi, pasxa ismarıcı olmadan ötüşməyib, üstəlik, şəbəkə istifadəçiləri ikinci tizerdəki ismarıcları daha tez aşkar ediblər. Belə ki, şəkilin sol hissəsindəki qırmızı konteynerdə G.16 indeksini görmək olar: bu, GR Yaris modelinin üçsilindrli turbomühərrikinin zavoddaxili indeksinə - G16E-GTS işarədir. Böyük ehtimalla, “bərkgedən” Corolla hetçbeki adı çəkilən mühərriki əldə edəcəkdir. Bu yazının yanındakı GR Four indeksi isə, “bərkgedən” Yaris modelinin tam ötürmə sisteminə işarə edir.

Toyota şirkəti GR Corolla modelinin əvvəlki tizeri oktyabr ayında dərc edib. Şəkildə adi hetçbekin salonu təsvir olunsa da,  bu tizerdə də kamuflyajlı modelin kiçik görüntüsü, G.16 və GR Four yazıları da vardı. Lakin istifadəçilər bu yazıların aşkar edilməsinə bir ay vaxt sərf etmişdilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.