Toyota şirkəti yeni nəsil Harrier krossoveri haqqında təfərrüatları açıqlayıb. Cari nəsil Toyota RAV4 modelini texniki olaraq təkrarlayan krossover, sələfinin ümumi üslubunu qoruyub və ilk dəfə olaraq panoram dama sahib olub.

Toyota Harrier modelinin dördüncü nəsli, bütün köndələn mühərrikə malik olan son iri Toyota modellər kimi, GA-K (TNGA) modul platformada inşa edilib. Krossover öndə MacPherson dayaqları, arxada isə ikiqollu asqıya malikdir. Asqı sistemi rahatlıq və reaksiyaların kəskinliyi arasında tarazlığa nail olmaq üçün optimallaşdırılıb. Bundan başqa amortizatorların xüsusiyyətləri və birləşmələrin sərtliyi yenidən nəzərdən keçirilib.

Harrier modelinin avadanlıqlar siyahısına, qısa əyləc "impulsları" və döndərmələr sayəsində dönmə çatışmamazlığını minimallaşdıran Active Cornering Assist sistemi əlavə edilib.

Toyota Harrier modelinin mühərrik çeşidinə RAV4 modelindən tanış olan güc aqreqatları daxil edilib. Krossover 171 at qüvvəli 2,0-litrlik mühərrik və Direct Shift-CVT variatoru, həmçinin 2,5-litrlik mühərrikə əsaslanan, 218 və ya 222 at qüvvəsi hasil edən THS II hibrid güc qurğusu ilə təchiz olunur. Bu aqreqatlardan hər biri ön və ta tam ötürmə (hibrid avtomobildə arxa oxu ayrıca elektrik mühərriki hərəkətə gətirir) ilə tandemdə çalışa bilər.

Dördüncü nəsil Harrier modelinin salonunda əsas diqqət materialların keyfiyyətinin artırılmasına və dəbdəbəli atmosferin yaradılmasına yönəldilib. Mərkəzi konsol qəsdən yəhər şəklində hazırlanıb, dekorativ elementlər isə əyilmiş ağacı təqlid edir. Oturacaqların və ön panelin üzlənməsində süni dəridən istifadə olunub. Bundan başqa, yeni Harrier modelində ilk dəfə olaraq, tündləşmə funksiyası olan elektroxrom panoram tavan quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni avadanlıqların siyahısına piyada və velosipedçilərin aşkar edilməsi funksiyalı avtomatik əyləcləmə sistemi daxil olan Toyota Safety Sense təhlükəsizlik sistemləri kompleksi daxil edilibdir. Krossover ön və arxa parkinq sensorları və rəqəmsal salon güzgü ilə də təchiz edilir.

Yaponiyada yeni Toyota Harrier modelinin satışlarına yay aylarına başlanacaqdır. Qiymətlər hələ açıqlanmayıb.