Toyota şirkəti GR Super Sport Concept adlı yeni idman avtomobilinin ilk təsvirini dərc edib. Avtomobil 12 yanvarda fəaliyyətinə başlayacaq Tokyo avtosalonunda təqdim ediləcəkdir.

Prototip dözümlülük yarışları üzrə dünya çempionatında (WEC) iştirak edən sportprototiplərin üslubunda inşa edilib. Konsept avtomobil idmanında istifadə edilən texnologiyalarla təchiz ediləcəkdir. Lakin, yapon istehsalçısı bu texnologiyaların nədən ibarət olduğunu bildirməyib. İstehsalçının sözlərinə görə, konsept 2018-ci ildə keçiriləcək “Nürburqrinqin 24 saatı” marafonunda iştirak edən avtomobilin görünüşü haqqında təsəvvür yaratmalıdır.

Xatırladaq ki, bu ilin mövsümü bir ay bundan öncə başa çatıbdır. Toyota Gazoo komandası mövsümü ikinci olaraq bitirib.