Toyota markasının elektrik nəqliyyat vasitələri üçün yaratdığı e-TNGA platformasında inşa edilən ilk model orta ölçülü krossover olacaqdır. Şirkət, belə elektromobilləri onların getdikcə populyarlaşdığı Avropa bazarında satmağı planlaşdırır.

E-TNGA modul platforması çoxqollu arxa asqının mövcudluğunu nəzərdə tutur və dartma batareyasının döşəmədə yerləşdirilməsini təmin etmək üçün, orijinal TNGA arxitekturası ilə müqayisədə ciddi şəkildə dəyişdirilmiş və möhkəmləndirilmişdir.

Elektromobilin yaradılmasında Subaru mühəndisləri də istirak edirlər, çünki yapon istehsalçısının model çeşidində eyni arxitektura üzərində inşa ediləcək Evoltis adlı bənzər krossover də olacaqdır. Hər iki modelin seriya istehsalı Yaponiyadakı ayrı bir zavodda təşkil ediləcəkdir, lakin onların satışlarına yalnız bir neçə ildən sonra başlanacaqdır.

Daha sonra e-TNGA platformasında inşa ediləcək elektromobillər sırasına sedan, miniven və iri ölçülü krossover, həmçinin Suzuki ilə birlikdə yaradılan yığcam model daxil ediləcəkdir. Bütün bu modellər yaxın bir neçə il ərzində təqdim ediləcəkdirlər.