Ötən əsrin 50-60-cı illərində helikopterlər döyüş bölgəsində yüksək effektivliklərini nümayiş etdiriblər. Əvvəlcə nəqliyyat vasitəsi rolunu oynayan helikopterlər sonradan birbaşa döyüş bölgəsində effektiv bir şəkildə işləyə bilən, partizanlarla mübarizə aparan və düşmənin zirehli texnikasını məhv edə bilən qorxulu bir silaha çevriliblər. Koreya müharibəsi, sonra isə Vyetnam və Yaxın Şərqdəki münaqişələrin nəticələri Sovet ordusu tərəfindən nəzərə alınaraq, qısa müddətdə ərzində SSRİ-də “Timsah” adlandırılan məşhur Mi-24 helikopteri yaradılmışdı.

Ka-52 “Alliqator”

Mi-24 yalnız hücum helikopteri olaraq deyil, həmçinin döyüş bölgəsinə desant çıxarmaq və yaralıları arxaya təxliyyə etmək üçün yük bölməsinə də malik idi. Yəni, helikopter bir növ “uçan PDM” idi. “Timsah”lar planetin bir çox bölgələrindəki münaqişələrdə iştirak edərək, özlərini yaxşı tərəfdən göstərmişdilər. Ancaq bu helikopterin çatışmazlıqları da mövcud idi. İlk növbədə, helikopterin  konsepsiyasının elə də uğurlu olmadığı söyləmək gərək idi: Mi-24-dən desant çıxarmaq üçün çox nadir hallarda istifadə edilirdi və desant bölməsi açıqca gərəksiz idi. Hərbiçilər konstruktorlardan döyüş bölgəsində yalnız düşmənin məhv edilməsi ilə məşğul olacaq yeni tam hücum helikopterinin hazırlanmasını tələb edirdilər.

Ka-52 “Alliqator”

Eyni zamanda, ABŞ-da ikinci nəsil hücum helikopterinin yaradılmasına başlanmışdı və 80-ci illərin ortalarında AH 64 Apache (AH - Attack Helicopter) helikopterinin kütləvi istehsalına başlanmışdı. Bu helikopter “Timsah”ı ciddi şəkildə üstələyirdi.

Mi-24 helikopterinin istismarı zamanı onun çatışmazlıqları aşkar olunmuşdu ki, onlar da yeni maşında aradan qaldırılmalı, real döyüş şəraitində helikopterlərin tətbiqi zamanı əldə edilmiş böyük təcrübədən geniş şəkildə istifadə edilməli idi. Eyni zamanda, helikopterlərdən istifadə taktikasında da dəyişikliklər baş vermişdi. Məsələn, 1973-cü ildə İsrail helikopterləri bir gündə 90 Misir tankını idarə olunan raketlərlə məhv etmişdi və itki vermədən bazalarına dönmüşdülər. Sovet hərbiçiləri də bu faktı nəzərə almışdılar. Buna görə yeni helikopterə qarşı irəli sürülən əsas tələblərdən biri düşmənin zirehli texnikası ilə işləmək bacarığı idi.

Ka-52 “Alliqator”

Müsabiqədə Mil və Kamovun konstruktor büroları iştirak edirdilər. Milin KB-nin nümayəndələri artıq sınanmış yolla davam edərək, yük bölməsi yığışdırılmış və ön tərəfi ciddi şəkildə yenilənmiş, yeni idarəetmə sistemləri və silahlar quraşdırılmış Mi-24-ün dərindən modernləşdirilmiş variantını təklif edirdilər. Yenilənmiş helikopterdə bir çox müasir elektron sistemlər quraşdırılmış, ümumiyyətlə o, amerikan Apache helikopterinə bənzəsə də,  rəqibindən daha ucuz başa gəlirdi.

Ka-52 “Alliqator”

Kamovun konstruktor bürosu isə fərqli yolu seçmişdi. Onlar, bir pilot tərəfindən idarə olunan, güclü zirehi və on kilometrdən çox mənzili olan idarə olunan raketlərlə silahlanmış və biroxlu sxemə (Kamovçuların sevimli sxemi) əsasən hazırlanmış hücum helikopterinin çertyojlarının təqdim etmişdilər. Bir çox cəhətdən Kamovun maşını o zaman üçün inqilabi idi - hətta deyərdik ki, həddindən ziyadə. Üstəlik, konstruktorlar helikopterdən istifadə taktikasını dəyişdirməyi təklif edirdilər. Helikopterlərdən biri (daha yüngülü və manevrlisi) kəşfiyyat və istiqamətləndirmə funksiyasını yerinə yetirməli,  hücum helikopterləri isə, düşməninin hava hücumundan müdafiə sistemi üçün əlçatmaz olan məsafədən atəş açmalı idilər. Lakin, bu taktika hərbiçilərin dəstəyini ala bilmədi.

K-50 “Qara Akula”

1980-ci illərin ortalarında müsabiqənin qalibi elan edildi: Kamov Konstruktor Bürosu və onun K-50 “Qara Akula” helikopteri. Bu maşının biroxlu konstruksiyası həm üstünlüklərə, həm də mənfi cəhətlərə malik idi. Belə helikopterlər klassik maşınlardan daha mürəkkəb və daha bahalıdırlar. Üstəlik, onlara texniki qulluq da ucuz başa gəlmir. Digər tərəfdən, iki vintdən istifadə quyruq vintindən imtina etməyə və bununla da mühərrikin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa, helikopterin daha manevrli və sürətli etməyə imkan verir. Klassik sxemli helikopterlər ilə müqayisədə maşının çəkisi də ciddi dərəcədə azdır. Ancaq belə bir helikopteri idarə etmək daha çətindir və pilotdan yüksək məharət tələb edir.

Ka-52 “Alliqator”

“Qara Akula”nın əsas problemi bu helikopterin yalnız bir nəfər tərəfindən idarə olunması idi. Xüsusən də, çətin şəraitdə (dağlar, aşağı hündürlükdə uçuş zamanı) həm maşını idarə etmək, həm də silahları hədəfləmək çox çətin idi. Buna görə də, 90-cı illərin ortalarında yeni maşının yaradılmasına başlandı və yeni maşın bu günki mövzumusun qəhrəmanı olan Ka-52 “Alliqator” helikopteridir. Əslində, yeni maşın "“Qara Akula”nın modernləşdirilmiş variantı idi. Ona görə də, bu helikopterlərin bir çox komponentləri və qurğuları eynidır.

Ka-52 “Alliqator”

“Alliqator”un yaradılması

Yeni maşının çertyojları 90-cı illərin əvvəllərində ortaya çıxmışdı. Ka-52 adlandırılmış helikopteri ilk dəfə 1996-cı ildə jurnalistlərə göstərilmışdilər. Bundan bir qədər əvvəl isə, yeni maşına zəhimli “Alliqator” adını vermişdilər. 2008-ci ildə “Alliqator”un kütləvi istehsalına başlanıldı. Ka-52 modeli Ka-50 helikopterinə çox oxşar olsa da,  onların arasında fərqlər də mövcuddur: ilk növbədə, yeni maşının burun hissəsinin fərqli dizaynı diqqəti çəkir. “Alliqator” daha yaxşı aerodinamik xüsusiyyətlərə malikdir və radarlar üçün daha az görünəndir. Yeni helikopter qabaqcıl elektron avadanlıqlarla təchiz edilir və ən əsası ikinci pilot üçün yer təklif edir.

Ka-52K “Alliqator”

Eyni zamanda, helikopterin sürət və manevr qabiliyyətləri bir qədər yaxşılaşdırılıb. Mühərrik, vintlər, qanadlar, şassi və demək olar ki, bütün füzelyaj “Qara Akula” ilə tamamilə eynidır. Pilotlar yanaşı oturur, idarəetmə orqanları təkrarlanır, bir çox analoq cihazları LCD ekranlarla əvəz edilmişdir. Quyruq vintindən imtina edilməsi “Alliqator”u Mi-24-dən xeyli qısa etməyə imkan verib, amma ikinci vint onun siluetini daha hündür edir. Lakin, hələ də cavabı tapılmayan bir sual vardır - bu sxemlərdən hansı hücum helikopteri üçün daha əlverişlidir?

Ka-52 “Alliqator”

Helikopteri TTX-si

Ka-52 “Alliqator” hücum helikopteri biroxlu sxemə əsasən hazırlanmış, iki əsas vintə malikdir. Qyruq vinti yoxdur. Helikopterin ən vacib komponentləri və pilot kabini zirehlə qorunur. Şassi yığışdırılır ki, bu da helikopterin aerodinamik xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Helikopter hər biri 2400 at qüvvəsinə sahib olan modernləşdirilmiş VK-2500 mühərrikləri ilə təchiz edilmişdir. Maşının böyük tavanı ona yüksək dağlıq ərazilərdə döyüş tapşırıqlarını effektiv şəkildə yerinə yetirməyə imkan verir. Helikopterin mühərrikləri, onun infaqırmızı diapazonda görünmə qabiliyyətin azaltmağa xidmət edən işlənmiş qazları səpələyən xüsusi qurğularla təchiz edilmişdir. Kabində iki katapultlu K-37-800 kreslosu yerləşdirlmişdir ki, lazım olduqda onlar atıla bilər. Kresloların atılmasında öncə, helikopterin daşıyıcı vintləri atılır.

Ka-52 “Alliqator”

Ka-52 hücum helikopteri düşmənin zirehli texnikası və canlı qüvvəsinə qarşı mübarizə aparmaq üçün yaradılıb, eyni zamanda, Ka-52 düşmən helikopterləri ilə də döyüşə bilər. Onun silah sistemləri və radioelektron avadanlıqlar kompleksi bu məqsədlər üçün mükəmməl şəkildə uyğunlaşdırılıb. Eyni zamanda, helikopterdən istənilən hava şəraitində və günün istənilən vaxtında istifadə etmək mümkündür.

Ka-52-də hidrostabilizasiya edilmiş “Samşit-E” optik-elektron sistemi (HOES) quraşdırıllmışdır. İstilik vizoru, lazer hədəfləməsi və lazer şüasının pelenqatorundan ibarət olan sistem hədəf seçimi və hədəfə alma zamanı pilotlara yardım edir. Maşın, həmçinin kanallarından biri yerdəki hədəfləri axtarmağa xidmət edən “Arbalet-52” RLS-i ilə təchiz olunmuşdur və bu sistem helikopterə aşağı hündürlükdə yüksək sürətlə manevr etməyə imkan verir. İkinci kanal raketdən müdafiəni təmin edir. Helikopterin elektron müdafiə sistemi və aktiv əks tədbir vasitələri vardır.

Ka-52 “Alliqator”

Helikopter 30 millimetrlik hərəkət edən top, həmçinin idarə olunan və olunmayan raketlər dəsti ilə silahlanıb ki, onlardan ən əsası “Vixr” tank əleyhinə idarə olunan raketlərdir. Ümumilikdə, helikopter 2000 kiloqram müxtəlif raket və bombaları götürə bilər.

Yaxşılaşdırılmış texniki xüsusiyyətləri olan modernləşdirilmiş mühərriklər maşının çəkisini artırsa da, onun sürəti azalmayıb. Aşağıdakı cədvəldə Ka-52 helikopterinin taktiki-texniki xüsusiyyətləri göstərilir.

Ka-52 “Alliqator”

Hal-hazırda Ka-52 helikopterinin iki modifikasiyası mövcuddur. Bu baza versiyası və hərbi gəmilər üçün nəzərdə tutulmuş Ka-52K versiyasıdır. Sonuncu variant qatlanan bıçaqları, gücləndirilmiş şassisi və gücləndirilmiş anti-korroziya qabiliyyəti ilə fərqlənir.

Ka-52 hücum helikopteri manevr qabiliyyəti ilə hər kəsi heyran edə bilər. İki aparıcı vintdən istifadə sayəsində Ka-52 tək vintli maşınlar üçün əlçatmaz olan manevrlər həyata keçirə bilər. “Alliqator” təkvintli maşınlar üçün ağlasığmaz olan məşhur "ölü ilgəyi" reallaşdıra bilər. Ka-52 modelinə texniki qulluq olduqca asandır.

Ümumi məlumatlar

Heyət, nəfər 

2

Çəksi, kq:

 

Maksimal qalxış

10800

Normal qalxış

10400

Sürəti, km/saat:

 

Maskimal

310

Kreyser

250

Şığıma zamanı maksimal

350

Maksimal şaquli yüklənmə

3

Tavan, m

3600

Fəaliyyət radiusu, km

520

Aparıcı vintlərin diametri, m

14,5

Şassinin bazası, m

4,92

Şassinin təkər izi, m

3,67

Əsas silahı

30 mm 2А42 topu, «Vixr" TƏİR

Əlavə silahları

İOAR bloku, top konteynerləri, R-73 və "İqla-V" raketləri

Maksimal yüklənmə

3,5

VK-2500 mühərrki

Gücü, a.q.:

 

Fövqəladə rejimdə

2700

Qalxış rejimində

2400

Ölçüləri

Uzunluğu, m

14,2

Eni, m

7,3

Hündürlüyü, m

5,0