Artıq Çinin avtomobil istehsalçıları da mətbuata açıqlanan tarixi statistikaları toplamağa başlayıblar. Məsələn, ilk nəsil Geely Emgrand sedanları on iki il ərzində 3.17 milyon ədəd istehsal edilib.

Bu müddət ərizndə Emgrand çoxsaylı yeniləmədən keçib (son zamanlar bu hər il baş verir) və hətta 2016-cı ildə rəsmi varisini də əldə edib, amma nəticədə ikinci nəsil Geely Emgrand GL sedanı birincidən yarım addım daha yüksəkdə yerləşir və faktiki olaraq ayrı modelə çevrilib.

Orijinal Emgrand modelinin birbaşa varisi isə başqa model olacaqdır. Formal olaraq bu günlərdə nümayiş etdirilmiş sedan Emgrand modelinin üçüncü nəsli sayılır.

Sedan markanın yeni firma üslubunda dizayna malikdir və flaqman Geely Preface modelinə bənzəyir. Emgrand fərqli nisbətlərə malikdir və arxa dam dayaqlarında əlavə pəncərələr peyda olublar. Bütün işıq texnikası işıqdiodlarından hazırlanır, birləşdirilmiş arxa fənərlərdə 176 diod mövcuddur.

Təkər bazası "birinci" Emgrand (ikinci nəsildə 2700 millimetr) modeli ilə eynidir - 2650 millimetr. Ümumi ölçülər nəzərə çarpacaq dərəcədə dəyişib: sedanın uzunluğu 4638 millimetr, eni - 1820 millimetr, hündürlüyü isə 1460 millimetr təşkil edir. Aerodinamik müqavimət əmsalı 0,27-dir.

İnteryer dizaynında rahatlığın ön plana çıxdığı açıqlanıb. Məsələn, bu səbəbdən salondakı səthlərin 85 faizi  yumşaq materiallardan hazırlanır və yalnız qalan 15 faizi isə sərt plastikdəndir.

Top versiyalarda cihazlar panelinin 12,3-düymlük ekranı və multimedia sisteminin 10,25-düymlük sensorlu ekranı quraşdırılır. Avadanlıq siyahısında mühərriki işə salma düyməsi, elektrik əl əyləci, lyuk və dairəvi müşahidə kameraları var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Geely Emgrand modeli  gücü 114 at qüvvəsinə qədər artırılmış 1,5-litrlik atmosfer mühərriki ilə təklif edilir. İkinci nəsil Emgrand sedanı yalnız turbomühərriklərlə təchiz edilirdi. Transmissiyalar mexaniki ötürmələr qutusu və variatordan ibarətdir.

"Üçüncü" Emgrand modeli Çin bazarında yay aylarında satışa çıxarılacaq və 9800 dollardan satılan birinci nəsildən olan sedandan bir qədər baha olacaqdır. "İkinci" Emgrand GL minimum 12 min dollara başa gəlir.