Uniesse Super Sport 6 yaxtsmenlər üçün yaxtsmentlər tərəfindən hazırlanmış və inşa edilmişdir. Uniesse Marine Group şirkətinin baş icraçı direktoru Dəvid Şvedel Super Sport 6 modelini belə təsvir edir: "Bu tərəvəz doğramaq üçün yaxta deyil, bu bizim ehtiras və emosiyalarımızın məhsuludur".

Uniesse 6 Super Sport yaxtası italyan istehsalçısının ən kiçik modelidir. Uniesse Super Sport model xəttinə SS 7 və SS 8 modelləri daxildir. Qara və açıq-boz rənglərə boyanmış korpus SS 6-nı gözəgörünməyən təyyarəyə bənzədir. Yaxtanın tam uzunluğu 18,32 metr təşkil edir. Korpusun uzunluğu 17,03 metr, eni - 4,7 metr,, yaxtanın suya oturma dərinliyi isə 1,12 metr təşkil edir.

Qeyd etmək lazımdır ki, Uniesse yaxtaları əl işidir və onların tərtibatında ən yüksək keyfiyyətli materiallardan istifadə olunur. Məsələn, Dəvid Şvedel müştərilərinə gəminin duş otağlnın tərtibatında istifadə ediləcək mərməri şirkətdəki nümunələrdən deyil, birbaşa mədəndən şeçməyi təklif edir. Hər bir detala xırdalıqlarına qədər diqqət yetirilir.

Uniesse Super Sport 6 yaxtasının maksimal sürəti 45 düyün, kruiz sürəti isə 37 düyün təşkil edir. Müştəri sifariş etdiyi yaxta üçün geniş çeşiddə mühərriklərdən seçim edə bilər. Yaxta standart olaraq hər birinin gücü 1000 at qüvvəsi olan iki ədəd səkkizsilindrli MAN mühərriki ilə təchiz edilir. Opsional olaraq bu mühərrikin 1200 at qüvvəli variantını da seçmək olar. Bundan başqa, mühərrik çeşidininə 1050, 1200 və 1350 at qüvvəli Volvo mühərrikləri də daxil edilibdir.

Uniesse 56 Super Sport yaxtasının su tutumu 27 ton təşkil edir. Yaxta 2,5 tonluq yanacaq çənlərinə və 750 litrlik içməli su ehtiyatına malikdir.

Yaxta 16 sərnişini qəbul etmək üçün nəzərdə tutulub. Uniesse SS 6 yaxtası nəfərlik çarpayılar olan üç yataq otağına, mətbəxə və duş otağına malikdir. Bundan başqa, üst göyərtədə açıq meydança və şüşədən divarları olan terras da mövcuddur. Qeyd etmək gərəkdir ki, istifadə edilən materialların çeşidini sərhəd tanımır - müştəri yaxtasının inşasında arzuladığı materialdan istifadə edə bilər.

Image alt Image alt Image alt

Gəmi kapitanın ixtiyarına iki 22-düymlük displeydən ibarət olan Garmin Glass Cockpit idarəetmə sistemi verilmişdir. Şkiper GPS, xəritə plotterindən radardan, gecə görmə sistemindən və gəminin sistemləri barədə məlumat verən Uniesse idarəetmə sistemindən yararlana bilər. Kapitanın ixtiyarına elektriklə tənzimlənən iki kreslo verilmişdir.

Bundan başqa, yaxtada quraşdırırlmış əyləncə kompleksini idarə etmək üçün iPad planşetindən istifadə etmək olar. 56 SS gəmisini 3G və 4G W-Fi- nöqtəsi, Apple TV, həmçinin Panasonic, JL Audio. Canton və Revel kimi markaların avadanlığı ilə təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, belə yaxtaların standart və ya baza qiyməti olmur. Əl işi olan hər bir SS yaxtası təkrarolunmazdır.