Hemmings onlayn-hərracının satışlarına qeyri-adi və çox bahalı lot çıxarılıb – bu 1958-ci ildə buraxılmış BMW 507 rodsteridir. 64 illik avtomobil ideal vəziyyətdədir, onun əslinə uyğun olması isə Bavariya istehsalçısının rəsmi sertifikatı ilə təsdiqlənib. Bundan başqa, avtomobil rodsterin 254 nüsxə ilə buraxılmış məhdud saylı partiyasına aiddir: BMW şirkətinin konveyerindən gümüşü rəngli kuzovu olan 21 rodster çıxıb.

Satışa çıxarılmış rodster konveyerdən 14 yanvar 1958-ci ildə çıxıb ki, bu da BMW şirkətinin orijinal sertifikatı ilə təsdiqlənir. Bu rodster buraxılmış 254 avtomobildən 110-cusudur. 64 yaşına baxmayaraq, avtomobilin tarixi gün dəqiqliyi ilə məlumdur: ilkin olaraq, rodster BMW şirkətinin Münhendəki pavilyonunda nümayiş etdirilib və yalnız 1958-ci ilin may ayında avtomobilin birinci sahibi onu əldə edib. Avtomobilin ilk sahibi Mercedes-Benz şirkətinin Venesueladakı diler şəbəkəsinin sahibi, alman iş adamı Qustavo Zinqq olub.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

1960-cı ildə rodster Almaniyaya qayıdıb və növbəti 50 ili Vətənində keçirib. 2007-ci ilə rodsteri BMW Classic bölməsinin mütəxəssisləri tam şəkildə bərpa ediblər, 2014-cü ildə isə Bavariya şirkətinin mütəxəssisləri avtomobili ekspertizadan keçirərək , ona əsli ilə tam uyğun olduğunu və bütün hissələrinin həqiqiliyini təsdiq edən sertifikatı veriblər.

BMW 507 rodsteri alman markasının tarixindəki ən vacib və əfsanəvi modellərdən biridir. Onun tirajı 254 nüsxə ilə məhdudlaşrırılıb və bu rodsterlərdən ikisini Elvis Presli satın alıb. Bu gün belə avtomobili satışda tapmaq demək olar ki, mümkün deyil – xüsusi ilə də ideal vəziyyətdə olanını. Lotun yüksək qiyməti də bununla izah edilir – avtomobilin sahibi onun satışından2,45 milyon dollar əldə etməyi planlaşdırır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.