Alman Hollmann International şirkəti karbon lifindən hazırlanmış kuzova malik olan unikal Porsche 935 modelini 1.450.000 avroya satışa çıxarıb. Xatırladaq ki, tək oturacaqlı idman avtomobilindən ictimai yollarda istifadə edilə bilməz, buna görə onu yalnız Almaniyadan ixrac etməklə almaq olar.

Yeni Porsche 935 modeli 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarına da sahib olub. Porsche 935 sportkarı 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeddi pilləli PDK “robotu” ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm-dir.  Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası və altınöqtəli kəmərlər daxildir.

 Porsche 935 sportkarı 77 nüsxəlik tirajla buraxılmışdır. Superkarın qiyməti vergilər nəzərə alınmadan 701948 avro təşkil edirdi.