Vyetnamın Vinfast şirkəti ABŞ-da ildə 150 min avtomobil istehsal edəcək zavodu inşa edəckdir. İlkin olaraq, avtomobil istehsalçısı zavod iki milyard dollar sərmayə qoymaq niyyətindədir.

Müəssisə Şimali Karolina ştatının şimal hissəsindəki Çatem mahalında inşa ediləcəkdir. Bu mahal Vaşinqtondan təxminən 500 kilometr cənubi-qərbdə yerləşir. 800 hektarlıq sahəsi olan meydançada elektromobilləri, elektrobusları və akkumulyatorları istehsal etmək planlaşdırılır. İlkin olaraq konveyerdən VF 8 və VF 9 krossoverləri çıxacaqlar.

Vinfast VF 8

Tam ölçülü istehsalın başlanması 2024-cü ilin iyuluna planlaşdırılıb. Lakin bu layihənin ilk mərhələsidir və Vinfast bu meydançaya sonra da sərmayə qoymağa hazırlaşır. Reuters agentliyinin məlumatına görə, Vingroup qrupu ümumilikdə bu layihəyə 4 milyard dollar investisiya etməyə hazırdır.Hazırda 2017-ci ildə təsis edilmiş Vinfast şirkətinin aktivində Vyetnamın paytaxtı Hanoy şəhərindəki mənzil-qərargah və paytaxtdan 100 kilometrlik məsafəədə yerləşən Hayfon şəhərindəki zavod var.

Bu müəssisənin 2026-ci ilə istehsal gücü illik 950 min avtomobil olmalıdır. Bundan başqa, vyetnamlılar layihə gücü 5 giqavat-saat olan batareya buraxacaq zavodun inşasına başlayıblar.

Vinfast VF 9

Bu günə qədər Vinfast şirkəti avtomobilləri yalnız Vyetnamda satırdı, lakin istehsalçı Avropa və ABŞ bazarlarına da çıxmaq istəyir. Buna görə də, Vyetnam istehsalçısı Almaniyada avtomobil zavodunun inşa edilməsini planlaşdırır. Hazırda istehsalçının Almaniyadakı saytında VF 8 və VF 9 modellərini sifariş etmək mümkündür. Qiymətlər 44 min avrodan başlayır. 

Xatırladaq ki, CES 2022 sərgisində Vinfast şirkəti VF 5, VF 6 və VF 7 elektrik modellərini nümayiş etdirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.