Volkswagen şirkəti Düsseldorfda keçirilən kemperlər sərgisində Crafter modelinin bazasında yaradılan Grand California adlı təkərlər üzərində olan «ikimərtəbəli evi» təqdim edib. Keçən il bu zaman alman istehsalçısı avtomobilin konseptual variantını təqdim etmişdir.

Gand California modeli altı metrlik uzunluğa və 3,6 metrlik təkər bazasına malikdir. Kabinanın hündürlüyü isə 2.2 metr təşkil edir. 180 dərəcə dönən ön oturacaqların arxasında stolu olan nahar zonası yerləşir.

Bu zonadan sonra isə, tualeti, duşu və qatlanan tası olan bir kvadrat metrlik vanna otağı quraşdırılıbdır. Hərəkət vericiləri sayəsində kemperdəki işıqlar avtomatik olaraq yanıb-sönür. Duşdakı suyun temperaturu tənzimlənir. Su çəninin həcmi isə 110 litr təşkil edir.

Bundan sonra, ikigözlü plitə və qab yumaq üçün tas yerləşir. Burada müxtəlif əşyalar üçün ölçülü bölümlər, dolab və 70 litrlik soyuducu da mövcuddur.  Salonun arxa hissəsində isə iri çarpayı vardır.

Opsiya olaraq, iki yerli çarpayısı olan «ikinci mərtəbəni» də sifariş etmək olar. Bu halda avtomobilin hündürlüyü 3 metrə çatacaqdır. Opsional avadanlıq siyahısına əlavə istilik sistemi, velosiped, markiza və kempinq üçün lazım olan digər ləvazimatların bərkidilməsi sistemi də daxil edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt