Bazar ertəsi, Qərb mediası ABŞ-da Volkswagen şirkətinin yeni adının İnternet şəbəkəsinə sızmış sənədlərdə aşkarlandığını bildirib. Alman şirkəti ABŞ-da Voltswagen adlanacaqdır. Bir çoxlarının erkən 1 aprel zarafatı kimi qəbul etdiyi məlumatlar həqiqətə çevrilib: alman markası Amerika bazarında adını dəyişdirəcəyini rəsmən təsdiqləyib.

Şirkətin amerikan saytında yayımlanan mətbuat açıqlamasında Volkswagen of America bölməsinin tezliklə Voltswagen of America adlandırılacağı bildrlir. Rebrendinqin bu ilin may ayında keçirilməsi planlaşdırılır. Ad dəyişikliyinin səbəbi şirkətin inkişaf vektorunun e-mobilliyə doğru istiqamətlənməsidir.

“Biz K hərfni T hərfi ilə dəyişdiririk, lakin markanın dünya miqyasında sürücülər üçün ən yaxşı avtomobillərin yaradılması istiqamətini dəyişdirmirik” - Volkswagen of America prezidenti Skott Keoq bildirib.

Yeni adın əsasını, elektrik potensialının (cərəyanının) ölçü vahidini ifadə edən və elektrik ötürməsinə keçidin simvolu olan “volt” sözü təşkil edir. Volkswagen Group “batareyalı” avtomobillər xəttini genişləndirmək niyyətindədir: 2029-cu ilədək qrupun fərqli brendlər altında istehsal olunan elektrik avtomobillərinin sayını 70-ə çatdırmağı planlaşdırdığı bildirilib.

Ad dəyişikliyi, həm də Amerika bazarında yeni “yaşıl” modelin - keçən payızda debüt etmiş ID.4 yığcam elektrik krossoverinin satışlarının başlanması ilə üst-üstə düşür.