Volkswagen şirkəti konseptual California XXL motorhoumu barədə məlumatı açıqlayıb. Avtomobil Düsseldorfda keçirilən Caravan Salon sərgisində nümayiş etdirilib.

Volkswagen California XXL - Caravelle modelinin bazasında yaradılan California kemperi ilə müqayisədə, mövsüm boyu səyahətlər üçün yararlı olan, daha rahat və əlverişli avtomobilin yaradılması cəhdidir.

Bu səbəbdən də, California XXL modeli ikinci nəsil iri VW Crafter furqonunun bazasında yaradılıb. Konseptin hazırlanması üçün əsas olaraq, 3640 millimetrlik orta ölçülü təkər bazasına, tam çəkiş sisteminə və 177 at qüvvəli 2,0 TDI mühərrikinə malik olan furqon götürülüb. Lakin, adi Volkswagen Crafter modelindən fərqli olaraq California XXL pnevmatik asqı ilə təchiz edilib.

Avtomobil, furqonun ən hündür variantı  Super High Roof modelindən 102 millimter hündür olan yeni üstquruma və arxa hissəsində quraşdırılmış 250 millimetrlik funksional çıxıntıya sahib olub.

Məqsəd sərnişinlərə iri yük avtomobillərinin və ya avtobusların əsasında hazırlanan motorhoumlardakı rahatlığı təmin etməkdir. Avtomobil, ölçüsü 2x1,7 metr olan iki yerli qatlanan çarpayı və yeniyetmələr üçün kabinanın tavanında olan bölümlə yanaşı mətbəxə və duş-tualetə malikdir. Bu məqsədlə avtomobilin mərkəzi hissəsi tamamilə dəyişdirilən edilib. Qaz plitəsi, tas və iki 50 litrlik soyuducuya malik olan mətbəx yığılmış vəziyyətdə eninə 1100 millimetr yer tutur. Lakin, mətbəxi asanlıqla 2050 metrə kimi genişlətmək mümkündür. Piknik zamanı yığışdırlan stolu çıxararaq, sürüşdürülən qapının arxasındakı xüsusi nöqtələrdə bərkitmək olar.

Qeyd etmək lazımdır ki, piknik üçün qatlanan stullar da mövcuddur ki, onlar Weber qril-manqalı ilə birlikdə arxa qapının altında saxlanılırlar.

Ən maraqlı quruluşa, belə desək yaş zona malikdir. İlk baxışdan bu eni və dərinliyi 60 santimetr olan dolaba oxşayır.

Avadanlıqdan istifadə etmək üçün xüsusi dəstəyi çəkərək bölməni daha 60 santimetr uzatmaq lazımdır. Bu zaman salon hissəsinin döşəməsi xüsusi boşluğa çəkilir.

Kabinanın daxilində unitaz, önun üzərində çıxarılan kranı olan qatlanan əlüzyuyan, aksessuarlar üçün dolab və ən yuxarıda isə duş vardır.

Bu kabinənin üstündəki tavan hissəsini smartfonun köməkliyi ilə açmaq da olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt