Volkswagen şirkəti yenilənmiş qaynar Golf R hetçbeki üçün Performance idman dəstini hazırlamışdır Bu dəstin maraqlı elementlərindən biri titandan hazırlanmış Akrapoviç buraxılış sistemidir.

Tam çəkişli qaynar hetçbek ön bamper və yan ətəklərdəki hava girişləri, arxa diffuzor və yüksək sürətlərdə 20 kiloqram əlavə yerəbasma gücü təmin edən spoyler daxil olmaqla yeni aerodinamik elementlər əldə etmişdir. Titandan hazırlanmış buraxılış sistemi isə 7 kiloqram çəkiyə qənaət etmək imkanı vermişdir.

Bundan başqa, Golf R Performance modeli 432 millimetrlik diskləri olan güclü əyləc mexanizmləri, idarəetmə elektronikasının yarış rejimini, yenidən sazlanmış asmaya və sükan idarəetməsinə sahib olmuşdur. Opsional olaraq yarısliklərlə təchiz edilmiş 19-düymlük təkər disklərini (2,9 min avro) və interyerin karbonla işlənməsini (2,7 min avro) də sifariş etmək mümkündür.

Volkswagen Golf R Performance 310 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilir. Golf R 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir. Performance dəsti olan avtomobildə maksimal sürət həddi 250 km/saatdan 267 km/saata qədər çəkiləcəkdir. Bununla belə, idman dəstinin qiyməti səsləndirilməmişdir. Almaniyada VW Golf R modeli 43 min avroya satılır.