Electrek saytının sərəncamına Volkswagen I.D. elektrik hetçbekinin seriyaöncəsi prototipinin şəkilləri daxil olub. MEB modul platformasında inşa edilmiş elektrokarın şəkilləri Cənubi Afrikadakı testləri zamanı çəkilib.

Elektrokar barədə istənilən qədər məlumat vardır. Zahiri cəhətdən elektrokar 2016-cı ildə nümayiş etdirilmiş eyni adlı konseptə bənzəyəcəkdir. I.D. hetçbeki  arxa oxda quraşdırılmış elektromotor ilə hərəkətə gələcəkdir.  Elektrokar 48 - 111 kilovat-saatlıq batareyalar ilə təklif ediləcəkdir. Avtomobilin qiyməti 24 min avro təşkil edəcəkdir. Dolu batareyalar ilə top-hetçbek 550 kilometr qət edəcəkdir. 

Elektrokarın əsasını naqilsiz yükləməni dəstəkləyən MEB platforması təşkil edəcəkdir. Batareyalar əksər istehsalçıların modellərində olduğu kimi avtomobilin mərkəzində yerləşdiriləcəkdir. Bu batareyalar onun ölçülərini dəyişdirmək imkanı verən fərdi özəklərdən ibarətdir. Avtomobilin mühərriki arxada, güc elektronikası, isitmə sistemi və radiator öndə yerləşdirilib.

I.D. ailəsindən olan bütün avtomobillər MEB modul platformasında inşa ediləcəkdir. Bu ailəyə hetçbekdən tutmuş krossoverə kimi modellər daxil olacaqdır. Volkswagen 2020-ci ilə qədər ildə 150 min elektrokar buraxacaqdır. Konsernə daxil olan markalar 27 müxtəlif elektrokar təklif edəcəkdirlər.

Image alt Image alt Image alt