Volkswagen ID.3 elektrokarı batareyanı doldurulmadan 531 kilometr məsafəni qət edə bilib. Bu məsafə istehsalçının bəyan etdiyi məsafədən 111 kilometr (WLTP) çoxdur. Hetçbekin enerji səmərəliliyini müəyyən etmək üçün təşkil edilmiş yürüş ID.3 modelinin yığıldığı Zvikkau şəhərindən başlanıb. Marşrutun son nöqtəsi isə, İsveçrənin şimal-şərqindəki Şaffhauzen şəhəri olub.

Sınaq üçün 58 kilovat-saatlıq batareya və 204 at qüvvəli güc qurğusu ilə təchiz olunmuş ID.3 1st Pro Performance versiyası götürülüb. Hetçbekin marşrutunun 44 faizini magistral yolları, qalan 56 faizini isə kənd yolları təşkil edib. Doqquz saat davam edən yürüş zamanı avtomobil ortalama 56 km/saat sürəti ilə hərəkət edib.

Elektrokarın sükanı arxasında yanacaq doldurmadan rekord yürüşlərini həyata keçirilməsi və avtomobilin səmərəliliyinin artırılması üsulları ilə tanınan Feliks Eqolf olub. Məsələn, Eqolf, akselerator pedalını buraxmaq üçün hər fürsətdən istifadə edərək, ID.3 modelinin gillətmə ilə getməsinə şərait yaradıb, həmçinin şossedə yük maşınlarının arxasında yaranan hava axınından faydalanıb.

Bununla birlikdə, bu "tryukların" bir hissəsi avtomobilin 250 kiloqrama qədər artmış ağırlığını kompensasiya etmək üçün sərf olunub: yürüş zamanı elektrokarın salonunda kamera və çəkiliş üçün gərək olan digər avadanlıqlar ilə işləyən operator da olub. Bundan əlavə, avtomobilin gündüz hərəkət işıqları daim qoşulu olub, bəzi hallarda isə, Eqolf havalandırma sistemini və radionu işə salıb.

Buna baxmayaraq, ID.3 modelinin orta enerji istehlakı elan ediləndən xeyli az olub və 100 kilometrə 14,5-15,4 kilovat-saat əvəzinə 10,9 kilovat-saat təşkil edib.