İspaniyanın km77 nəşrinin jurnalistləri Volkswagen ID.4 elektrik krossoverinin manevr qabiliyyətini sınayıblar. 204 at qüvvəli elektrikomobilin göstərdiyi ən yaxşı nəticə 73 km/saat olub. Bütün digər cəhdlər uğursuzluqla nəticələnib.

“Sığır testi” avtomobilin idarə olunmasını və manevr qabiliyyətini qiymətləndirməyin ən populyar, eyni zamanda ən çətin üsullarından biridir. Sınaqdan keçirilən model müəyyən trayektoriya boyunca hərəkət etməli, trekə düzülmüş konusları yıxmadan kəskin manevrlər etməlidir. Kütləvi modellər üçün testi 70 km/saat sürətilə keçmək yaxşı nəticə hesab olunur. Bununla birlikdə, avtomobil bu tapşırığı 77 km/saat  sürəti ilə həyata keçirərsə, test tam şəkildə yerinə yetirilmiş olur.

İspaniyalı mütəxəssislərin növbəti “qonağı” Volkswagen ID.4 elektrik krossoveri olub. MEB modul arxitekturasına əsaslanan arxa ötürməli krossover 204 at qüvvəli elektrik mühərriki və 82 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Artıq ilk cəhddə mütəxəssislər stabilləşdirmə sisteminin (ESP) idarəetməyə ciddi müdaxiləsinin olduğunu qeyd ediblər. ID.4 modeli yerdəyişməni 73 km/saat sürəti ilə həyata keçirməyi bacarıb, lakin onun uğuru bununla da başa çatıb.

Artıq növbəti cəhddə, elektrik krossoveri 74 km/saat sürəti ilə “sığır testini” keçə bilməyib və bir neçə konusu vuraraq yıxıb. Mütəxəssislər sürəti artırdıqda isə, stabilləşdirmə sistemi elektromobilin hər manevrində işə düşüb və onun sürüşməsinə səbəb olub.

ESP sissteminin müdaxiləsi nəticəsində elektrik krossoveri izafi dönmə qabiliyyətini nümayiş etdirib və nəticədə konuslarddan ibarək olan son dəhlizə köndələn şəkildə daxil olub.