Volkswagen şirkəti elektrik krossoverinin seriyaya buraxılması barədə düşünür. Alman markasının rəhbərliyi bu layihəyə yaşıl işıq yandırarsa, konsernin model cərgəsində Land Rover Defender və Jeep Wrangler modelinə rəqib peyda olacaqdır.

Autobild” nəşrinin bildirdiyinə görə, yeni krossover elektrik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş MEB modul platformasında inşa ediləcəkdir. Krossover iki kuzov növü ilə təklif ediləcəkdir: 4,5 metrlik üçqapılı və 4,85 metrlik beşqapılı kuzov ilə.  Avtomobilin interyer tərtibatında aşınmayadavamlı plastikdən istifadə etmək nəzərdə tutulur. Bu salonu yüksək təzyiqli su ilə yümək imkanı verəcəkdir. 2022-ci ildə debüt edəcək ofrouderin T-Rug adlandırılacağı ehtimal olunur.