Volkswagen şirkətinin Project Trinity (“Üçlük Layihəsi”) kod adlı yeni flaqman modeli üzərində işlədiyi barədə məlumat bu ilin yanvar ayında peyda olub. O zaman, yeni modelin xüsusi platformada inşa ediləcəyi də bildirilmişdi. Ən radikal texnologiyalarından istifadə edilərək yaradılmış bu platforma, avtonom idarəetmə baxımından geniş imkanlara sahib olacaqdır. Mart ayında istehsalçı avtomobilin ilk tizerini yayımlayıb, indi isə layihə haqqında yeni məlumat peyda olub.

Britaniyanın “Autocar” nəşrinin bildirdiyinə görə, Project Trinity modeli Volkswagen qrupunun Scalable Systems Platform (SSP) arxitekturası üzərində inşa edilən ilk modellərindən biri olacaqdır. Kuzov növünə gəldikdə isə, elektrokar krossover, sedan və hetçbekin qarışığından ibarət olacaqdır: görünür ki, belə yanaşma müasir avtomobil dizaynında yeni trendə çevrilir.

Tesla elektrokarlarının və ya Porsche Taycan modelinin sahibləri kimi, Volkswagen Project Trinity elektromobilinin sahibləri də satın aldıqdan sonra avtomobillərinin funksionallığını genişlədə biləcəklər: lazımi avadanlıq zavodda quraşdırılacaq, lakin opsiyaların kilidini açmaq üçün proqram təminatının ödənişli yeniləməsi tələb olunacaqdır – yenilənmə “hava üzərindən” həyata keçiriləcəkdir.

Sonuncu, xüsusən də avtonom idaretmə sisteminə aiddir: satışların başlanğıcında Trinity ikinci səviyyəli "avtopilotu" alacaqdır, lakin tədricən, müvafiq proqram hazır olduqda, onu dördüncü səviyyəyə qaldırılacaqlar. Bir sözlə, müvafiq infrastrukturun mövcud olması halında, elektrokar müstəqil şəkildə hərəkət edə biləcəkdir.

Project Trinity texnoloji flaqmanı olaraq mövqeləndirilsə də, model gözlənilmədən əlçatan olacaqdır: bayraqdar elektrokarın qiymətinin 35.000 avrodan başlayacağı bildirilir. Onun bazar debütünün 2026-cı ildə baş tutacağı gözlənilir.