Volkswagen şirkəti ilk dəfə olaraq Track indeksli Polo modelini göstərib. Latın Amerikası və Cənubi Amerika bazarları üçün hazırlanmış avtomobil, burada satılan ucuz Gol və Voyage modellərini əvəzləməlidir. Üstəlik, Polo Track modeli faktiki olaraq yığcam minik avtomobilləri dördlüyünün əsasını qoyacaqdır. Polo Track modelinin MQB platformasında inşa ediləcəyi və Avropada satılan bənzərindən daha sadə olacağı məlumdur. Alman şirkəti Cənubi Amerika bazarının fəthi üçün bir milyard avro xərcləməyə hazırdır.

Hazırda Cənubi Amerika bazarındakı ən əlçatan modellər Gol hetçbeki, habelə onun törəmələri olan Voyage sedanı və Saveiro pikapıdır. Bütün büdcə avtomobillıəri 1990-cı ildə hazırlanmış köhnə PQ24 platformasına əsaslanırlar və artıq 10 ildən çoxdur ki, buraxılırlar. 

Böyük ehtimalla, Polo Track modelindən başlayaraq, Cənubi Amerikada satılan büdcə avtomobillərinin MQB platformasına keçirilməsinə başlanılacaqdır. Üstəlik, Volkswagen şirkətinin verdiyi bəyanat alman istehsalçısının böyük planlarında xəbər verir – iri miqyaslı investisiyalar 5 ilə hesablanıb, Polo Track modelinin istehsalına isə, 2023-cü ildə başlanmalıdır.

Cənubi Amerikada satılacaq büdcə modellərində Avropada tətbiq edilən texnologiyaların quraşdırılacağını gözləmək lazım deyil. Yeni ailənin özünəməxsus xüsusiyyətləri olacaqdır. Belə ki, Polo Track modelinin bioetanolla işləyən versiyası təklif ediləcəkdir, çünki Latın Amerikasında ekoloji yanacağın bu növü çox populyardır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.