Volkswagen şirkəti Cenevrə avtosalonunda Touareg ailəsinin ən güclü üzvü olan Touareg R modelinin qoşulan hibrid modifikasiyasını təqdim edəcəkdir. Alman istehsalçısı, modelin martın 3-nə planlaşdırılan təqdimatını gözləmədən, “bərkgedən” krossover haqqında bəzi təfərrüatları açıqlayıb.

Volkswagen Touareg R modeli tərkibinə 3,0-litrlik altısilindrli benzin turbomühərriki və elektromotor daxil olan hibrid qurğunu əldə edib. Hibrid qurğunun ümumi hasilatı  462 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edir. Krossover tam ötürmə sistemi və səkkiz pilləli "avtomat" ilə təklif olunur. İlkin məlumatlara görə, Touareg R modeli adaptiv asqı ilə də təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossover, elektrik rejimi də daxil olmaqla, bir neçə idarəetmə rejiminə sahib olub. 14,1 kilovat-saat tutumu olan batareya sırf elektrik ötürməsi ilə 45 kilometr məsafə qət etməyə və 140 km/saat həddinnə qədər sürətlənməyə imkan verir olacaq. Modelin digər dinamik xüsusiyyətləri açıqlanmayıb.

Volkswagen Touareg R e Hybrid modeli Avropa bazarına 2020-ci ilin sonunda çıxacaqdır. Hibrid krossoverin qiyməti satışların başlanmasına yaxın elan ediləcəkdir.