Volkswagen şirkəti 2020-ci ilin yazında debütü gözlənilən kupeşəkilli krossoverin növbəti tizerini dərc edib. Alman markası yeni krossoverin adını da açıqlayıb - Nivus.

Volkswagen Nivus modelinin əsasını T-Cross modelinin inşa edildiyi MQB A0 modul platforması təşkil edəcəkdir. Bu platformada Avropada satılacaq növbəti nəsil Polo hetçbeki inşa ediləcəkdir. Avtomobilin ölçüsü demək olar ki, artıq məlumdur. Onun təkər bazasının uzunluğu 2560 millimetr, uzunluğu isə dörd metrdən az olacaqdır.

Krossover iri arxa hissəyə və kupeşəkilli siluetə malik olacaqdır. Görünən odur ki, dizaynerlərin ilham mənbəyi kimi Volkswagen SUV Coupe konsepti çıxış edib. Krossoverin əsas bazarları Cənubi Amerika və Hindistan olacaqdır.