Volvo şirkətinin Los-Anjeles avtosalonundakı stendində avtomobillər olmayacaqdır. Onun əvəzinə isveç istehsalçısı gələcək mütəhərriklik barədə öz baxışını nümayiş etdirəcək və avtomobilin nəqliyyat vasitəsi konsepsiyasından söhbət açacaqdır.

Şirkət rəhbərliyinin fikrincə, istehlakçıların avtomobil brendlərini dərk edərək qarşılıqlı əlaqə qurması, güc və salon tərtibatındakı materialların keyfiyyətindən daha vacibdir. Volvo stendinin mərkəzində This is not a car (“Bu avtomobil deyildir”) sözləri yazılmış installyasiya qoyulubdur. Qalan məkanı, Volvo xidmətləri barədə məlumatı əks etdirən interaktiv nümayişlər tutacaqdır. Onların arasında malların avtomobilə çatdırılması, karşərinq, Care by Volvo abunə xidməti və avtonom idarəetmə sistemləri vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Biz öz baxışımızı nümayiş etdirərək avtomobilin gələcəyi barədə dialoq qurmaq istəyirik, - məhsul strategiyasına cavabdeh olan Marten Levenstam bildirib. – Buna görə də, bir konseptin təqdimatı əvəzinə avtomobil konsepsiyasının özü haqqında danışacağıq”.

Volvo şirkətinin başçısı Hokan Samuelsson sahənin dəyişdiyini hesab edir. Şirkət təkcə avtomobil buraxaraq onu satmır, istehsalçı müştərilərə hərəkət sərbəstliyi, həmçinin şəxsi nəqliyyatdan istənilən yerdə və zamanda istifadə imkanı verir. Artıq, smartfon tizerinin mənası aydın olur: o, onlayn-xidmətlərə girişi təmin edən universal platformaya çevrilir. Bu isə, Volvo markasının gəyəcək mütəhərriklik konsepsiyasına tam uyğundur.