Volvo şirkəti V60 universalının yeni nəslini təqdim edib. Avtomobilin təqdimatı Stokholmda təşkil edilən xüsusi tədbirdə keçirilib. Yeni universal iki hibrid modifikasiyaya malik olub.

Yeni Volvo V60 SPA (Scalable Product Architecture) modul platformasında inşa edilib. Bu platformadan XC60 və 90-cı seriyadan olan modellərin inşasında istifadə edilib. Yeni modelin qabarit uzunluğu 4761 millimetr, təkər bazasının uzunluğu isə 2872 millimetrdir. Bu XC60 modelində olduğundan 117 və 98 millimetr çoxdur.

Universalın baqaj bölümünün həcmi 529 litr təşkil edir. İkinci oturacaq cərgəsinin qatlanması halında  bu rəqəm 841 və 1364 litrə kimi arta bilər. V60 modelinin mühərrik çeşidinə 225 və 275 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri və 135 və 165 at qüvvəli 2,0-litrlik dizel aqreqatları daxildir. Eyni zamanda, Volvo V60 iki hibrid modifikasiyaya sahib olacaqdır - 340 at qüvvəli T6 və 390 at qüvvəli T8.

Yeni universalın təchizatına qəzaları önləyən və avtomatik əyləcləmə funksiyasına malik olan City Safety sistemi ilə təchiz edilir. Şirkətdən bildirildiyinə görə, bu sistemin dünyada piyadaları, velosipedçiləri və iri heyvanları aşkar edən yeganə sistemin olduğunu bildirib.

Bundan başqa, V60 modeli 130 km/saat sürətində manevr etməyə, sürətlənməyə və əyləcləməyə cavabdeh olan yenilənmiş yarımavtonom Pilot Assist sistemini də əldə edib. Eyni zamanda, universal yoldan çıxmanın qarşısını alan, qarşı zolağa keçməyə nəzarət edən, həmçinin köndələn istiqamətdə hərəkət edən nəqliyyat vasitələri barədə xəbərdarlıq edən sürücüyə yardım sistemləri ilə təchiz edilir.

Volvo V60 universalını Care by Volvo abunə sistemi vasitəsi ilə də əldə etmək mümkündür. Abunəçilərə avtomobilin tam dəyərini ödəmək gərək deyil, onların aylıq ödənişlər şansı da vardır. Müəyyən edilən məbləğə avtomobilin aylıq ödənişi, ona göstərilən xidmətlər (yuyulma, yanacaq doldurma və salonun təmizlənməsi) də daxildir. Care by Volvo proqramının iştirakçıları konsyerj xidmətin də yararlana bilərlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt