Bu həftə növbəti nəsil Volvo XC90 modeli haqqında bir neçə fakt açıqlanıb. Automotive News nəşri modelin növbəti nəsli üçün yeni adın seçildiyini açıqlayıb: Volvo CEO-su Hakan Samuelsson bunu təsdiqləyib və adın saitlə başlayacağına işarə edib.

Bunun ardınca İsveç brendinin Embla ticarət nişanı üçün patent ərizəsi verdiyi barədə məlumat yayılıb - çox güman ki, bu ad Volvo XC90 krossoverinin varisinə veriləcəkdir. Embla sözü Skandinaviya mifologiyasından götürülmüşdür - bu, yer üzündəki ilk qadının adı olub.

Hərf-rəqəmli indekslərinin tam hüquqlu adlarla dəyişdirilməsi digər Volvo modellərinə şamil edoləcəkdir, lakin ilk olaraq əsl ad XC90 krossoverinə, daha doğrusu onun varisinə veriləcəkdir : bu model İsveç brendi üçün yeni eranı açacaq elektrik krossoveri olacaqdır.

Volvo Embla modelinin növbəti nəsil SPA2 platformasına əsaslanacağı, üç oturacaq cərgəsi ilə təchiz edələcəyi və bir müddət bundan əvvəl göstərilmiş Recharge konseptindən ilhamlanan dizayna sahib olacağı məlumdur.

Yeni Volvo Embla modelinin damda quraşdırılmış lidarı olan qabaqcıl avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyi güman olunur. Xatırladaq ki, adı çəkilən texnologiya Volvo Recharge konseptində debüt edib. Avtopilot Luminar, Zenseact və Nvidia firmaları ilə birlikdə hazırlanıb və SAE şkalası üzrə üçüncü muxtariyyət səviyyəsinə uyğundur.

Qeyri-rəsmi məlumatlara görə, Volvo Embla modeli əvvəllər bu yay təqdim olunacağı bildirilən Polestar 3 modeli ilə texniki cəhətdən unifikasiya edilib. Sonradan, bu payızda, Polestar 3 modelinin daha idman üslublu krossover kimi mövqeləndiriləcəyi bildirilib: o, bir və iki mühərrikli qurğularla təchiz edilmiş iki versiyada buraxılacaq və XC90 modelindən fərqli olaraq, yalnız beş nəfər üçün nəzərdə tutulub.

Polestar 3 modelinin 2022-ci ildə debüt etməsi planlaşdırılır və onun istehsalı Cənubi Karolinadakı zavodda təşkil olunacaqdır. Bu zavodda yeni Volvo XC90/Embla modelini də yığacaqlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.