Meksikada fəaliyyət göstərən Vuhl şirkəti ekstremal 05RR spidsterinin satışlarına başlayıb. Ümumi istifadə yollarında istismarına icazə verilmiş trek sportkarı, 2016-cı ildə Qudvudda keçirilmiş Sürət festivalında debüt edib. Spidster meksikan markasının ikinci modeli olmaqla yanaşı, istehsalçının ən yüngül və yeyin modelidir.

Vuhl 05RR versiyası adi Vuhl 05 modelindən 660 kiloqram yüngüldür. Çəki qənaətinə yüngülləşdirilmiş nazom-çarxının, yarış muftasının və karbondan disklərin quraşdırılması sayəsində nail olunub. Spidster 390 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,3-litrlik Ford EcoBoost mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı Sadev istehsalı olan 6-pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Spidster 60 mil/saat (96 km/saat) həddinə  2,7 saniyəyə sürətlənir. Bu, adi modeldə olduğundan 0,3 saniyə yeyindir. 05RR spidsterinin maksimal sürət həddi 257 km/saat (+16 km/saat) təşkil edir.

Vuhl 05RR modelinin təchizatınaarxa oxdakı özüqapanan differensial və tənzimlənən asqı daxildir. Əlavə ödənişlə avtomobili sliklər və daha sərt amortizatorlar ilə təchiz etmək olar. Spidsterin Böyük Britaniyadakı satış qiyməti 89,9 min funt-sterlinqdən başlayacaqdır Adi Vuhl 05 modeli 59,9 min funta satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt