Daxili yanacaq mühərriklərinin növbəti nəsli Volkswagen üçün sonuncu olaraqdır. Bundan sonra istehsalçı daxili yanacaq mühərriklərinə qayıtmayacaqdır. Alman istehsalçısı bütün vəsaitləri elektrik güc qurğularının təkmilləşdirilməsinə və yenilərinin yaradılmasına yönəldəcəkdir. Yeni nəsil benzin və dizel mühərrikləri ilə təchiz edilmiş ilk modellər 2026-cı ildə debüt edəcəkdirlər.

“Həmkarlarımız DYM ilə təchiz ediləcək avtomobillər üçün son platformanı hazırlayırlar, - Bloomberg nəşrinə müsahibə verən Volkswagen AG konserninin strateji planlaşdırma bölümünün rəhbəri Mixael Yost bildirib. – Biz tədricən DYM-dən imtina edəcəyik və onların sayını qəti minimuma çatdıracağıq”.

Eyni zamanda Yost 2050-ci ildə alman konserninin model xəttində ənənəvi mühərriklərə malik olan avtomobillərin qalacağını bildirib. Bu modellər zəif elektrikdoldurma stansiyaları şəbəkəsinə malik olan regionlarda satılacaqdırlar.

Volkswagen elektrik xəttinin ilki I.D. Neo hetçbeki olacaqdır. Modelin istehsalına gələn il Almaniyada başlanacaqdır. I.D. ailəsinin digər modelləri 2020-ci ildən Çində də buraxılacaqdır. 2030-cu ildə alman şirkətinin model xəttində 300 yaxın elektrik minik, furqon, pikap və motosikl olacaqdır.