Volkswagen şirkəti iri elektrik krossoverinin carçısı olan I.D.Roomzz konseptinin interyerinin eskizini dərc edib. Konsept Şanxayda keçiriləcək avtosalonda debüt edəcəkdir. Eskizdən də göründüyü kimi, konsept yığcam sükanı olan minimalistik ön panelə və rəqəmsal cihazlar panelinə sahib olacaqdır.

Konsept üçün inteyerin xüsusi transformasiya sistemini, oturacaqların yeni konfiqurasiyasını və dördüncü nəsil avtopilot sistemini hazırlayıblar. I.D.Roomzz konseptinin seriya versiyası 2021-ci ildə çin bazarında satışa çıxacaqdır.

Volkswagen I.D.Roomzz tamölçülü krossoverlər seqmentindən olan gələcək elektrik modelinə baxışdır. Şirkətdən konseptin tərtibat materiallarının yeni səviyyəsini nümayiş etdirdiyini və tənzimlənən işıqlandırmaya sahib olduğunu bildiriblər. Bundan başqa, VW I.D.Roomzz konsepti tərkibinə dördüncü səviyyəsində avtonom idarəetmə sistemi daxil olan I.Q.Drive sistemi ilə təchiz edilib. Bu o deməkdir ki, sürücü avtomobili idarə etmək üçün tələb edilən bütün dinamik həllərdən azaddır. Lakin, nadir hallarda onun idarəetməyə müdaxilə edilməsi tələb olunur.

VW I.D. Roomzz MEB platformasında inşa ediləcək elektrokarlar ailəsinin üzvü olacaqdır. Bu ailəyə, I.D. hetçbeki, I.D.Crozz krossoveri, I.D.Buzz furqonu, I.D.Vizzion pilotsuz avtomobili və I.D.Buggy retrobaggisi daxil olacaqdır. Yaxın on il ərzində Volkswagen Group 70 tam elektrik modeli buraxacaqdır. Bu müddət ərzində elektrik avtomobillərin satış sayı 22 milyon nüsxə təşkil edəcəkdir.