Volkswagen şirkəti Jetta adını gənc auditoriyaya yönəldilən ayrıca brendə çevirmək fikrindədir. Yeni markanın sırf çin bazarı üçün nərədə tutulmuş modelləri, Çendu şəhərindəki FAW-Volkswagen zavodunda buraxacaqdırlar.

Volkswagen şirkətinin direktorlar şurasının fikrinə görə, Jetta brendi bahalı VW və çoxsaylı başlanğıc markaları arasında olan seqmentdə möhkəmlənmək imkanı verəcəkdir. Bu seqment çin bazarının üçdə birini təşkil edir. Bundan başqa, Jetta alman markasının Çində böyük populyarlığa malik olan və pərəstiş mənbəyinə çevrilmiş modellərindən biridir.

Image alt Image alt Image alt

Jetta xətti bir sedan və iki krossoverdən ibarət olacaqdır. Yeni brend üçün, hədəf auditoriyasını cəlb edəcək satış nöqtələrinin yeni formatı işlənib-hazırlanıbdır. Söhbət rəqəmsal şou-rumlardan, pop-up ticarət meydançalarından və mobil mağazalarından gedir

Keçən il Volkswagen qrupu Çində ümumilikdə 4,3 milyon avtomobil satıb ki, bununda 3,2 milyonu VW markasının payına düşüb. Çində ən populyar model Jetta modelinin analoqu olan və Shangai Volkswagen birgə müəssisəsi tərəfindən buraxılan Lavida modeli olub – 503825 ədəd. Jetta isə 327695 nüsxəlik tirajla yeddinci yeri tutub.