Volkswagen şirkətinin britaniya kommersiya avtomobilləri nümayəndəliyi Transporter furqonunu mobil idman zalına çevirməyi təklif edir. Bu məqsəd ilə nümayəndəlik xüsusi videoçarx hazırlayıb. Bu çarxda kommersiya avtomobillərinin sürücülərinə əl altındakı vasitələrdən istifadə edərək, fiziki formanı necə qorumağın gərək olduğu nümayiş etdirilir.

Böyük Britaniyada aparılmış tədqiqatlar kommersiya nəqliyatının sürücülərinin sükan arxasında ouzun müddət keçirdiklərinə görə, fiziki formanı saxlamaq üçünn zaman ayıra bilmirlər. Məşqçi Ceyms Din belə sürücülər üçün xüsusi məşq proqramı tərtib edib. Məşqlər zamanı avtomobilin özündən və onun kuzovunda yerləşən müxtəlif alətlərdən istifadə etmək tövsiyyə olunur.

Proqram altı məşqdən ibarətdir. Məsələn, tullanışlar üçün qalın kabeldən, oturmalar zamanı alətlər qutusundan, əzələni işlətmək üçün açarlardan istifadə etmək olar.