Bu günlərdə bir yaşını qeyd etməyə hazırlaşan Ferrari 812 Superfast superkarı Wheelsandmore atelysi tərəfindən hazırlanmış ilk ad günü hədiyyəsini alıb.

Tünerlər ilk növbədə italyan kupesinin səsini dəyişməyi təklif edirlər. Bunun üçün onlar xüsusi olaraq 812 Superfast modeli üçün hazırlanmış tənzimlənən klapanları və 100 hücrəli katalizatorları olan buraxılış sistemini quraşdırmağı təklif edirlər. Nəticədə 6,5-litrlik V12 atmosfer mühərrikinin gücü 800-dən 820 at qüvvəsinə, fırlanma anı isə 718 Nm-dən 733 Nm-ə artıbdır. Güc artımı ciddi xarakter daşımasa da, tüner gələcəkdrə kompressor və turbokompressorları tətbiq edəcəyinə söz verir. Atelye təkmilləşdirilmiş avtomobilin dinamik xarakteristikalarını açıqlamasa da, kupenin ən azından 100 km/saatı sürətini 2,9 saniyəyə toplayacağından və 340 km/saat maksimal sürətə malik olacağından şübhə etməmək olar.

Növbəti yeniliklərin güclə heç bir əlaqəsi yoxdur. Kupe klirensi 30 millimetr azaldan xüsusi asqı sistemini də əldə edib. Bundan başqa, arzu edənlər maneələri qət etməyə imkan verəcək ön oxun hidravlik qaldırıcısını da sifariş edə bilrələr.

Əlbəttə ki, bu möhtəşəmliyi 21 və 22-düymlük xüsusi təkər diskləri tamamlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt