Electric Brands şirkəti sıfır emissiyalı modul avtomobili layihəsinin həyata keçirilməsində növbəti addımı atıb və işlək prototipi təqdim edib. Bu günə qədər avtomobil haqqında yalnız konseptə baxaraq mülahizə yürütmək mümkün idi.

Xbus, çəkisi 450 kiloqram (batareyasız), yüklərin daşınması üçün isə 600 kiloqramla məhdudlaşan L7e kateqoriyasına aiddir. Bu kateroqriya üçün nəzərdə tutulan təhlükəsizlik tələbləri, adi nəqliyyat vasitələri ilə müqayisədə daha yumşaqdırlar. Məsələn, bu sinifdə Ari, Microlino və Renault Twizy modelləri mğvcuddur.

Elektrik güc qurğusu dörd mühərrik-təkərdən ibarətdir. Qurğunun nominal ümumi hasilat 20 at qüvvəsi, pik hasilatı isə 76 at qüvvəsidir. Avtomobilin maksimal sürəti 100 km/saatı keçmir. Elektrik enerjisini hasil edən və yürüş ehtiyatını artırmağa kömək edən dama quraşdırılmış günəş panelləri də mövcuddur.

Xbus modelinin maraqlı xüsusiyyətlərindən biri onun asanlıqla avtobusdan kemperə və ya pikapa çevrilə bilməsidir. Model doqquz variantda transformasiya imkanı təklif edir. Modullar rəsmi dilerlər tərəfindən satılacaqdır.  Çevrilməni həyata keçirmək üçün cəmi iki nəfərə ehtiyac var və heç bir xüsusi alət tələb olunmur. Model lazım olmadıqda, mağazaya geri qaytarıla bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xbus modelinin baza versiyası cərəyanı 200 kilometrlik yürüş üçün kifayət edəcək dartma batareyası ilə təchiz olunur. Lakin opsional olaraq, yürüş ehtiyatını 600 kilometrə çatdırmaq olar. Tam ötürmə, damdakı günəş panelləri və enerjinin bərpası sistemi standart avadanlığa daxildir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.